Icma.az
close
up
RU
Ölkəmizin müdafiəsi ordumuzun adı ilə bağlıdır MÜNASİBƏT BİLDİRİLDİ

Ölkəmizin müdafiəsi ordumuzun adı ilə bağlıdır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan ordusunun, silahlı qüvvələrimizin yaradılması hələ 1918-ci ildə zərurətdən formalaşan bir hadisə idi. Bu, o dövr idi ki, Azərbaycan əraziləri kənar qüvvələrin hücumuna məruz qalmışdı, ərazilərimiz işğal altında idi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, Azərbaycan xalqı özünün müdafiəsinə ehtiyacı var idi: "Belə bir dövrdə silahlı qüvvələrimizin yaradılması ilə bağlı qərar verildi. Həmin dövrdə hərbi rütbəli şəxslərin iştirakı ilə silahlı qüvvələrimizin yaradılması prosesinə başlanıldı. Həmin dövrdə də Azərbaycan ordusu ərazilərimizin müdafiəsi uğrunda döyüşlərə girdi.

1991-ci ildə də silahlı qüvvələrimizin oktyabr ayında yaradılması ilə bağlı qərarın verilməsi də məhz bu zərurətdən meydana çıxmışdı. Tale elə gətirib ki, həm də 1918-ci ildə, həm də 1991-ci ildə Azərbaycan ordusunun yaradılması, formalaşması, inkişafı dövrü səngərdə başladı. Silahlı qüvvələrimiz səngərdən, döyüş meydanından formalaşıb və praktik hərbi struktur kimi öz inkişaf dövrünə başlayıb. Ordumuzun əhəmiyyəti haqqında uzun danışmağa ehtiyac yoxdur.

Əsas məqamlar ondan ibarətdir ki, Azərbaycan ordusu həm 1918-ci ildə, həm də 1991-ci ildə olduğu kimi ərazilərimizə olan hücumların qarşısını alıb, inkişaf dövrü keçib. Nəhayət, silahlı qüvvələrimiz işğal altında olan əraziləri geri qaytarıb. Bu gün Azərbaycan xalqı Azərbaycan ordusu ilə fəxr edir. Təkcə ona görə yox ki, o, Azərbaycanın işğal altında ərazilərini azad edib, həm də ona görə ki, Azərbaycanın suverenliyi, bütövlüyü və bundan sonrakı güclü olması üçün onun üzərinə böyük məsuliyyət düşür. Ölkəmizin müdafiəsi məhz ordumuzun adı ilə bağlıdır. Bu gün silahlı qüvvələrimiz özünün yeni dövrünə qədəm qoyub, yeni inkişaf mərhələsinə qədəm qoyub. Silahlı qüvvələrimizin silah texnika parkı, döyüş hazırlığı yüksək səviyyədədir. Azərbaycan ordusu həm yerüstü əməliyyatların, həm raket artilleriya əməliyyatlarının, həm hava hücumundan müdafiə əməliyyatlarının həyata keçirilməsində olduqca peşəkar imkanlara malikdir. Hesab edirəm ki, silahlı qüvvələrimizin gələcəyi daha müasir və praktik ordunun formalaşması ilə davam edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyun 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri