Icma.az
close
up
RU
Formula 1 yarışları ölkəmizin turizminə böyük təsir göstərir MÜNASİBƏT BİLDİRİLDİ

Formula 1 yarışları ölkəmizin turizminə böyük təsir göstərir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Formula-1" yarışları dünyada elitar idman növü hesab olunur və ölkəmizin turizminə olduqca böyük təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Nizami Həsənov deyib.

Onun sözlərinə görə, bu idman növü yalnız maraqlı tamaşa deyil, eyni zamanda turizm iqtisadiyyatı baxımından çox ciddi rola malikdir: "Yarışların keçirildiyi günlərdə Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunur. Təsadüfi deyil ki, "Formula-1" bahalı idman növü olduğuna görə bu yarışları izləmək üçün ölkəmizə gələnlərin əksəriyyəti yüksək gəlirli turistlərdir.

Belə turistlər təkcə "Formula-1" yarışlarını izləməklə kifayətlənmirlər. Onlar eyni zamanda Azərbaycanın tarixi və mədəni məkanlarını ziyarət edir, milli mətbəximizin dadına baxır və təklif olunan müxtəlif turizm xidmətlərindən yararlanırlar. Bu isə ölkəmizin turizm sektorunun inkişafına təkan verir, xidmət keyfiyyətinin yüksəldilməsinə və yeni imkanların yaranmasına şərait yaradır. Eyni zamanda, yerli sahibkarlar üçün əlavə qazanc mənbəyi formalaşır və iqtisadiyyata ümumilikdə müsbət təsir göstərir.

"Formula-1" yarışlarının Azərbaycanda keçirilməsi yalnız turizm baxımından deyil, həm də ölkəmizin siyasi və iqtisadi mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın diqqətini Bakıya yönəldən bu yarışlar Azərbaycanı beynəlxalq arenada tanıdır, ölkəmizin müasir, inkişaf etmiş və təhlükəsiz bir məkana çevrildiyini nümayiş etdirir. Bu tədbirlər həm idman sahəsində, həm də siyasi-iqtisadi münasibətlərdə ölkəmizin nüfuzunun artmasına xidmət edir.

Ümumilikdə, "Formula-1" yarışlarının Azərbaycanda təşkili dövlətimizin idman və turizm sahəsində həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsidir. Bu, həm ölkəmizin brendinin formalaşmasına, həm də gələcəkdə daha çox turistin cəlb olunmasına mühüm töhfə verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri