Icma.az
close
up
RU
Ölkəmizin su təsərrüfatı üçün yeni dövr başlayır

Ölkəmizin su təsərrüfatı üçün yeni dövr başlayır

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Ötən gün möhtərəm Prezidentin rəhbərliyi altında baş tutan Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə özlüyündə Azərbaycan Respublikasında su ehtiyatları və su infrastruktrunun idarə olunması istiqamətində tam yeni mərhələ və bu istiqamətdə müşahidə olunan problemlərin həllinə dair yeni yol xəritəsi hesab oluna bilər"

Bu sözləri Moderator.az-a açıqlamasında Millət vəkili Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki,  Azərbaycanda, xüsusən Bakı və Abşeron yarımadasında su təchizatı ilə bağlı bu və ya digər formada müəyyən problemlər müşahidə olunur və indiyə qədər çoxsaylı mütəxəssislər, ayrı-ayrı qurumlar məsələ ilə bağlı öz təklif və tövsiyələrini, narahatlıqlarını dilə gətiriblər, amma bu günə qədər səslənən fikirlərin heç biri cənab İlham Əliyevin dünənki müşavirədə səsləndirdiyi problemlər qədər əhatəli və dəqiq konturlara malik olmayıb.

Millət vəkilinin sözlərinə görə,  bu onu göstərir ki, Azərbaycan dövlətinin başçısı problemlərlə bağlı köklü şəkildə məlumatlıdır:

"Eyni zamanda Azərbaycan dövləti məsələyə isterik reaksiyanın tərəfdarı deyil. Azərbaycan dövləti məsələlərə daha təmkinli və həllyönümlü baxmaqda maraqlıdır və kifayət qədər maliyyə tutumlu olmasına, kifayət qədər ciddi və problemli istiqamətləri əhatələməsinə baxmayaraq Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin bu problemlə bağlı konkret həllyönümlü yanaşmaları var. O cümlədən də cari Dövlət Proqramı artıq dövlətimizin müvafiq istiqamətdə konkret plana malik olduğunu göstərməkdədir. Ötən dövrün təcrübəsinə də baxsaq, xüsusən Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra ordakı su ehtiyatlarının səmərəli istifadəsi sahəsində zərurətə dövlətimizin verdiyi reaksiyaları təhlil etsək, həmçinin görülən çoxsaylı digər işlər, bu günə qədər digər ərazilərimizdə, xüsusən Bakının, Abşeron yarmadasının su təminatı ilə bağlı atılan addımları təhlil etsək, əminliklə demək olar ki, dövlətimiz ötən dövr ərzində kifayət qədər uğurlu bir nümunə ortaya qoyub və bütün bunlar qəbul edilən Dövlət Proqramının sonrakı dövrlərdə uğurlu icrası istiqamətində artıq müsbət perspektiv vəd etməkdədir. Xüsusən nəzərə alsaq ki, məsələ ilə bağlı Azərbaycan dövləti üçün qaranlıq qalan məqam yoxdur. Azərbaycan dövləti su təchizatı sistemləri, o cümlədən yağış və tullantı sularının idarə olunması, həmçinin Xəzər dənizinin duzlu suyunun duzsuzlaşdırılması istiqamətində çox aydın yol xəritəsinə malikdir".

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri