Icma.az
close
up
RU
Ölkəmizin formalaşdırdığı mükəmməl model dünya üçün bir nümunədir

Ölkəmizin formalaşdırdığı mükəmməl model dünya üçün bir nümunədir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


“Hazırda türk dövlətlərinin və xalqlarının birliyi üçün mühüm addımlar atılır. Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində tarixi addımdır. Artıq hər il TDT-nin zirvə toplantıları çərçivəsində, eləcə də ikitərəfli münasibətlər kontekstində türk dövlətlərinin münasibətlərinin gücləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, son illər TDT-nin sammitlərində qəbul olunan qərarlar artıq türk dünyasını dünyaya qlobal güc kimi təqdim edir. Nəzərə alaq ki, TDT müstəvisində təkcə Zirvə görüşləri keçirilmir, türk dövlətlərinin müvafiq dövlət qurumlarının, strukturların təşkilatlanmış platformaları da yaradılıb və onların da vaxtaşırı toplantları keçirilir. Təqdirəlayiq haldır ki, bu prosesdə Azərbaycan çox fəal iştirak edir. Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünün keçirilməsi də bunun göstəricisidir. Ümumilikdə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar. Eyni zamanda, Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Sentyabrın 15-də Prezident İlham Əliyev beynəlxalq konfransların nümayəndələrini qəbul edərkən hər iki tədbirin Bakıda keçirilməsinin böyük mənası olduğunu vurğulayıb. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Türk və müsəlman dünyası tarixən böyük mütəfəkkirlər yetişdirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı da dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib. Dövlətimizin başçısının görüşdə Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzulinin adlarını çəkməsi xalqımızın zəngin irsinin ifadəsidir. Nəzərə alaq ki, bu şəxslər bütövlükdə türk-müsəlman dünyası üçün çox böyük dəyərdir. Onların hər biri öz dövründə türk-müsəlman ədəbi-mədəni mühitinin tanınmış nümayəndələri ilə əməkdaşlıq ediblər. Ona görə də, xalqlarımızın müasir əlaqələrində də bu zəngin tarixi irs mühüm rol oynayır.
“Prezident İlham Əliyev çıxışında türk dövlətləri və xalqları arasında həmrəyliyin gücləndirilməsi, türk-İslam mənəvi və mədəni dəyərlərinin təşviqi ilə bağlı önəmli fikirlər səsləndirib. Nəzərə alaq ki, bu gün dünyada terrorizm, ekstremizm, separatizm, islamofobiya, türkofobiya, məzhəblərarası ayrı-seçkilik mövcuddur. Belə bir şəraitdə birliyimiz və həmrəyliyimiz çox vacib şərtdir. Nəzərə alaq ki, Azərbaycan dünyada multikulturalizm və tolerantlıq məkanı kimi tanınır və sivilizasiyalararası əməkdaşlığın təşviqində mühüm rol oynayır. Ölkəmizin formalaşdırdığı bu mükəmməl model dünya üçün bir nümunədir”, - deyə Samir Vəliyev vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Sentyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri