Icma.az
close
up
RU
“Ölkənin yanğını, daşqını ilə niyə mən mübarizə aparmalıyam?”

“Ölkənin yanğını, daşqını ilə niyə mən mübarizə aparmalıyam?”

Türkiyəli rejissor və aktyor Ali Atay ölkəsində baş verən istənilən hadisəyə görə məşhurların hədəfə alınmasını qınayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə jurnalist Fatih Altaylının yutub kanalına qonaq olarkən danışıb.

Rejissorun sözlərinə görə, ölkəsindəki təbii fəlakətlərlə məşhurlar yox, aidiyyəti qurumlar məşğul olmalıdır: “Bu ölkənin yanğını, daşqını, seli ilə niyə mən mübarizə aparmalıyam? Həyat yoldaşım övladımızı dünyaya gətirərkən niyə Maraşda (orada baş verən yanğını nəzərdə tutur -red.) olmalıydım? Biz nə üçün manipulyasiya edilirik?”

Rejissorun bu açıqlaması sosial şəbəkələrdə müzakirə mövzusu olub və birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Ali Atay aktrisa Hazal Kaya ilə evlidir. Cütlüyün 2 uşağı var.


seeBaxış sayı:18
embedMənbə:https://qafqazinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri