Icma.az
close
up
RU
Ölkəyə gətirilən BAQM ların təhlükəsizliyi necə yoxlanılır?

Ölkəyə gətirilən BAQM ların təhlükəsizliyi necə yoxlanılır?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin ekspertizasını Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aparır”.

Bakıvaxtı.az xəbər verir ki. bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Bioloji Fəallığa Malik Qida Əlavələri şöbəsinin eksperti Gülnar İmayılova Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində deyib.

Onun sözlərinə görə, bu proses “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu və “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir:

“Mərkəzə təqdim olunan hər bir məhsul çoxmərhələli qiymətləndirmədən keçir. İlk olaraq, məhsulun sənədləri - tərkib siyahısı, etiket məlumatları, istifadə məqsədi və doza göstəriciləri – müvafiq normativ tələblərlə müqayisə olunur. Bu mərhələdə məhsulun iddia edilən funksiyası, istifadə olunan maddələrin mənşəyi, təhlükəsiz dozaları və təqdim olunan farmasevtik forması (şərbət, tablet, kapsul və s) diqqətlə araşdırılır. Növbəti mərhələdə laborator müayinələr aparılır. Məqsəd tərkibdə icazəsi olmayan maddələrin, saxtakarlıq göstəricilərinin və insan sağlamlığı üçün potensial təhlükə yarada biləcək digər faktorların mövcudluğunu müəyyən etməkdir”.

Gülnar İmayılova bildirib ki, ekspertiza prosesinin nəticəsi aparılan qiymətləndirmələrin gedişindən asılı olaraq dəyişə bilər:

“Yəni, ərizəçi və ya fiziki şəxs məhsulun bioloji fəallığa malik qida əlavəsi kimi rəy almasını istəyə bilər. Lakin bu, avtomatik olaraq həmin statusun təsdiqlənməsi demək deyil. Məhsulun statusu yalnız təqdim olunan sənədlər, tərkib məlumatları, etiket göstəriciləri, doza parametrləri və laborator təhlil edildikdən sonra müəyyən edilir. Ekspertiza nəticəsində məhsulun hansı kateqoriyaya aid olduğu - dərman vasitəsi, tibbi vasitə və ya bioloji fəallığa malik qida əlavəsi - olması müəyyənləşdirilir. Bu mərhələ olduqca vacibdir, çünki məhsulun statusu onun ölkə daxilində dövriyyəsini, satış şərtlərini, qeydiyyat tələblərini və ümumilikdə nəzarət mexanizmini müəyyən edir. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan qiymətləndirmə həm istehlakçı sağlamlığının qorunması, həm də bazarda şəffaflığın təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Ekspert qeyd edib ki, bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) kimi tələblərə tam cavab verən və təhlükəsizliyi təsdiqlənən məhsullar müsbət rəy aldıqdan sonra sonrakı mərhələlər - qeydiyyata alınması, ölkəyə idxalı və dövriyyəsinə nəzarət - aidiyyəti digər qurumlar tərəfindən həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Dekabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri