Olmadı, Əliyar!
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AFFA Hakimlər Komitəsi Əliyar Ağayevin “Turan Tovuz”un “Zirə” ilə oyunda 2 penaltisinin verilmədiyini təsdiqləyib.
Amma nə olsun? Nə dəyişəcək? Bir klubun ən azı bu mövsüm çəkdiyi əziyyətin əvəzi veriləcəkmi? Yatırılan külli-miqdarda sərmayə geri qaytarılacaq? Böyük bir el-obanın futbol azarkeşlərinin haqqı ödəniləcək?
Məgər oyun təzədən keçiriləcək? Yox, əlbəttə. Amma kaş elə bir qayda olaydı ki, yenidən keçirilə idi.
Bir də belə biabırçı hakim qərarlarından sonra niyə hansısa sahibkar, iş adamı futbola yaxın durmaq istəsin? Niyə azarkeşlər stadionlara gəlib boş qalmış o tribunaları doldursun?
Əliyar Ağayevin bir vaxtlar haqqı tapdananda ona ən çox dəstək verənlərdən biri mən olmuşam. Amma indi olmadı, Əliyar. Sənə, müstəqil Azərbaycanın ən stajlı FİFA referisinə bu kobud səhvlər yaraşmadı… Həm də VAR-a baxdıqdan sonra.
Təəssüf!
Aydın Bağırov
(Feysbuk paylaşımı)
Baxış sayı:114
Bu xəbər 06 Aprel 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















