Ölməz bəstəkarın əbədiyyət ünvanı ziyarət edilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Sentyabrın 18-i adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü idi. Bu tarix 30 ildir ki, böyük bəstəkarın şərəfinə ölkəmizdə Üzeyir Musiqi Günü kimi qeyd edilir.
Mədəniyyət tariximizin bu əlamətdar günü, ənənəvi olaraq, bu il də I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarət olunması ilə başlayıb. Müsiqi günü sentyabrın 30-dək ölkəmizdə keçirilək Üzeyir Hacıbəyli Beynəlxalq Müsiqi Festivalının silsilə tədbirləri ilə davam edəcək.
Dahi bəstəkarın məzarının ziyarət edilməsi mərasimindsə mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Nazir iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 18 sentyabr Azərbaycan mədəniyyətinin ən əlamətdar günlərindən biridir. Bu tarix dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü kimi əlamətdardır. O qeyd edib ki, Üzeyir Musiqi Günü ilə bağlı keçirilən tədbirlər ölməz bəstəkarın zəngin irsinə göstərilən diqqət və ehtiramın bariz nümunəsidir.
Bildirilib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqi irsində silinməz iz qoyub. Onun zəngin yaradıcılığı milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynamaqla yanaşı, Azərbaycan musiqisinin dünya səhnəsində tanıdılmasına və təbliğinə də böyük töhfə verib. “Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəylinin xatirəsini hər birimiz dərin hörmət və ehtiramla yad edirik. 2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə sərəncam imzalamışdı. Ölkəmizdə bu əlamətdar tarix yüksək səviyyədə, təntənəli şəkildə keçirildi.
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunan XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Müsiqi Festivalınin gündəliyində yer alan rəngarəng və çoxsaylı tədbirlər isə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən mədəniyyətimizin baş tacı olan Şuşada, Laçında və digər ərazilərdə keçiriləcək. Ölkənin bütün əsas şəhərlərində fəaliyyət göstərən teatr və mədəniyyət ocaqlarında da dahi bəstəkarın yaradıcılığına həsr olunmuş silsilə tədbirlər təşkil ediləcək.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna rolundan bəhs edib. O, dahi bəstəkarın yaradıcılığının milli musiqi sənətimizin formalaşmasında mühüm mərhələ təşkil etdiyini vurğulayıb. O bildirib ki, Üzeyir Hacıbəylinin əsərləri Azərbaycan musiqisinin zənginliyini və özünəməxsusluğunu nümayiş etdirir. Bəstəkarın yaradıcılıq irsi bu gün də aktuallığını qoruyur və yeni nəsillər üçün uca və tükənməz sənət məktəbidir.
Digər çıxış edənlər qeyd ediblər ki, Üzeyir Hacıbəylinin zəngin musiqi irsi Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Onun yaradıcılığı milli musiqimizin inkişafına böyük təsir göstərib, Azərbaycan professional musiqi məktəbinin formalaşmasında mühüm rol oynayıb. Qeyd olunub ki, dahi bəstəkarın əsərləri bu gün də böyük maraqla ifa olunur və sevilərək dinlənilir. Üzeyir Hacıbəylinin yaradıcılıq irsi Azərbaycan musiqisinin dünyada tanıdılmasına və təbliğinə də mühüm töhfələr verib. Bəstəkarın zəngin irsinin gələcək nəsillərə çatdırılmasına daimdiqqət yetilməlidir.
T.RÜSTƏMLİ
XQ
Baxış sayı:175
Bu xəbər 19 Sentyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















