Ölmüş heyvanlarla bağlı yeni qayda
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Azərbaycanda ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılması təşviq ediləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
2027-2032-ci illər ərzində utilizasiya müəssisələrinin yaradılması üzrə beynəlxalq təcrübənin araşdırılması, fermerlərin və sahibkarların beynəlxalq təcrübədə istifadə olunan əsas modellər haqqında maarifləndirilməsi üçün tədbirlərin təşkili, Ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələrin yaradılmasına (layihələndirilməsinə) dair sahibkarlıq subyektlərinin müraciətlərinin qiymətləndirilməsi planlaşdırılır.
2027-2032-ci illəri əhatə edən prosesdə əsas icraçı qurum kimi Qida Təhlükəsizliyi Agentliyi təyin edilib.
Digər içraçı qurumlar isə İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:81
Bu xəbər 10 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















