Ölmüş futbolçu dirildi
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Nigeriyada öldüyü bildirilən 28 yaşlı futbolçu Çinedu Ozor morqda ayılıb.
Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, "Katsina United"in yeni transferi mövsümöncəsi "Niger Tornadoes"lə yoldaşlıq oyununun ilk dəqiqələrində qəfil huşunu itirərək yerə yıxılıb.
Xəstəxanaya çatdırılan futbolçunun öldüyü açıqlanıb. Bundan sonra klub və futbol qurumları Ozorun vəfatı ilə bağlı başsağlığı mesajları da yayıblar. Futbolçunun cəsədi isə prosedurlar üçün meyitxanaya aparılıb.
Lakin yarılmaya hazırlıq zamanı Ozorun əlini hərəkət etdirdiyi və həyat əlamətləri göstərdiyi müşahidə olunub. Tibb işçiləri onu dərhal morqdan çıxararaq xəstəxananın təcili yardım şöbəsinə, daha sonra reanimasiyaya yerləşdiriblər.
Keçmiş klubu "Heartland" da futbolçunun sağ olduğunu təsdiqləyərək onun nəfəs aldığını bildirib.
Son məlumata görə, 28 yaşlı futbolçunun vəziyyəti ağır olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Avqust 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















