Icma.az
close
up
RU
Ölü doğulan “Xalq parlamenti”: Yataq və ürək xəstələri, danışığını bilməyənlər...

Ölü doğulan “Xalq parlamenti”: Yataq və ürək xəstələri, danışığını bilməyənlər...

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropada “siyasi mühacir” adı altında yaşayan və Azərbaycan dövlətinin, xalqının əleyhinə fikirlər səsləndirən, müxtəlif qüvvələr tərəfindən idarə olunan Tural Sadıqlı yutub səhifəsində dekabrın 23-29-da seçkiləri keçirilən və yanvarın 11-də ilk iclası baş tutan “Xalq parlamenti” ilə bağlı çıxış edib.

O bildirib ki, bu parlamentin yaradılmasının ideya müəllifi o olub.

Sadıqlı əlavə edib ki, ilk iclası cəmi 7 saat çəkən və fəaliyyəti elə həmin iclasla da yekunlaşan parlament ölü doğulan uşağı xatırladır. Yəni yaranmamış fırıldaqçıların əl oyuncağına çevrilən “parlament” elə həmin gün də haqqın dərgahına qovuşub.

Tural Sadıqlı bununla bağlı çıxışında deyir:

“Abid Qafarovla, Qurban Məmmədovla, Teymur Eminbəyli, Namizəd Səfərov, Ataxan Əbilov və digərləri ilə danışıqlar aparıldı. Söz verildi ki, dürüst fəaliyyət göstəriləcək və qrupbazlıqdan uzaq olacağıq. Təəssüf ki, bu olmadı. Seçki komissiyasına təsir oldu, basməmmədi namizədlər yığıldı, qrupbazlıq, saxtakarlıqlar, qayda pozuntuları və xalq parlamentini dövlət parlamentinə paralel etmə cəhdləri oldu. Nəticədə 11 yanvar tarixində baş tutan ilk iclasda hər şey partladı.

İlk başlanğıcda heç nə pis görsənmirdi. Hər şey dürüst və qaydalara uyğun gedirdi. Namizədlər yığılarkən seçki komissiyasına təsirlər oldu. Təşəbbüs qrupundan Əli Quliyev seçki komissiyasına təsirlər etməyə başladı. Bildirdi ki, deputatların sayını 125-ə çatdırmaq lazımdır. Deyirdi, dostlarınızı, tanışlarınızı gətirin. Beləliklə, basməmmədi namizədlər yığıldı. Ağzının danışığını bilməyənlər, yataq xəstəsi, ürək xəstəsi, bu gün-sabah ölə biləcək insanların da adlarını namizədlər siyahısına yazdılar. Təsəvvür edin, qardaşı yeznənin, ana qızının adını yazdırmışdı.

Mən buna etiraz etdim, dedim, qrupbazlıq edirsiniz, dostunuzu, tanışınızı gətirirsiniz. Bəzilərini çıxarmağa müvəffəq oldum.

23-29 dekabrda seçki keçiriləndə Abid Qafarovun idarəçiliyi ilə idarə olunan seçki səsvermə proqramı tətbiq edildi. Abid namizəd olmasına baxmayaraq, proqramı özü həyata keçirirdi. Hər şey onun əlində idi. Seçki komissiyası qaldı qıraqda, bu, proqramı ələ aldı. Dekabrın 29-da məlum oldu ki, ən çox səs toplayan namizəd mənəm, məndən sonra Abid Qafarov və Qurban Məmmədovdur. Seçki bitdikdən sonra - bir neçə gün öncə məlum oldu ki, bu proqramla bir nəfər 100 dəfə səs verə bilər. Abid Qafarov isə bunu çox gözəl bilirdi.

Bir adam iki dəfə səs verib, vaxt çatsaydı, 5 dəfə də səs verə bilərdi. Mənim etirazıma baxan olmadı. Dünən 7 saatlıq iclas keçirildi. Bu iclasda qrupbazlıq tam ortaya çıxdı. Bir tərəfdən Qurban Məmmədovun dəstəsi, digər tərəfdən Teymur Eminbəylinin dəstəsi qruplaşma yaratdılar. İctimai parlamentdə qrupbazlıq yaratmaq utanmazlıq, nadürüstlük və saxtakarlıq idi.

Abid Qafarov dedi ki, proqramı onun idarə etdiyini kimsə bilsə, intihar edəcək. Bu gün deyirəm və hər kəs bildi. Görək intihar edəcək, yoxsa dediyini yeyəcək. Artislik edirdi.

Abid Qafarov və Qurban Məmmədov elə oyunlar qurdular ki... Bu, abırsızlıqdır, həyasızlıqdır. Təəssüf ki, yaratdığım balam nadürüst əllərdə davam edir”.

Göründüyü kimi, Azərbaycanın dövlət parlamentini seçkilərini saxta seçkilərlə ittiham edən bu qüvvələrin özləri elə beşikdə boğulan parlamentlərində əsil oyunbazlıq, saxtakarlıq ediblər. İfşaçıları da elə özləridir. Biri-digərinin torbasını tikir, o biri bu birinə cavabında nadürüst deyir. Cəmi 7 saat ərzində bir araya gəlib dil tapa bilmirlər. Və bu adamlar hakimiyyətə gəlmək, xalqı idarə etmək arzusundadırlar.

Millət vəkili Elman Nəsirov deyir ki, özünü bloger, siyasi mühacir adlandıran bəzi “azərbaycanlılar” fəaliyyətləri ilə ermənidən çox erməni olduqlarını ortaya qoyurlar:

“Bunlardan biri də Tural Sadıqlıdır. Formaca o, Azərbaycan ad və soyadını daşısa da, mahiyyətcə onun soyadının arxasına “yan” yazsaq, əsil reallıq ifadə olunar. Səhərdən axşama qədər Azərbaycan dövlətinin əleyhinə yalanlar, feyk xəbərlər yaymaqla məşğuldur. Görünür ki, bütün bunlar təsadüfən baş vermir. Məşhur deyimdə olduğu kimi, pulu verən mahnını da sifariş edir. Tural Sadıqlı kimilərin pulunu verən anti-Azərbaycan dairələr bu insanları gecə-gündüz Azərbaycan dövləti əleyhinə məlumatlar paylaşmağa sövq edirlər. Səfərbər olunmuş cəmiyyəti, vətəndaş cəmiyyətini parçalaya biləcək adamlar xüsusi ilə seçilir. Bütün bunlar ciddi nəticə vermir. Çünki xalq Tural kimilərin hansı qüvvələrə xidmət etdiyini gözəl bilir. Mən onları milli dönük adlandırıram. Bu milli dönüklər indi yığışıb “xalq parlamenti” yaradıblar. Bu parlamentə seçki deyil, təyinat keçirdilər. Nəticədə parlament yox, parlamenti parodiya edən nəsnə ortaya çıxdı. İlk iclaslarına məlum oldu ki, onları zorla bir yerə yığıblar. Onların heç bir ideologiyaları yoxdur. Sadəcə olaraq onların hər biri ayrı-ayrı anti-Azərbaycan dairələr -tərəfindən maliyyələşdirilir, bu baxımdan onlar bir yerə toplaşıblar.

Məlum oldu ki, savadsız, meşşan və milli dönük xüsusiyyətlərinə malik insanların bir yerdə qalması mümkün deyil. Onlarda savad, intellekt və dəyər yoxdur. Bizdə olan məlumata görə, onlar arasında intriqa erməni yiyələrinin birinə digərindən çox pul verməsi olub. Bu da faktiki olaraq iclasın ilk günündən “parlamentin” fəaliyyətinə son qoyulması ilə nəticələndi.

Milli dönüklər yalquzaq həyatı yaşayırlar. Onlar “parlament üzvü” yox, siyasi yalquzaqdırlar. Onların bir yerə toplanması ancaq fiasko ilə nəticələnə bilər. İlk iclas da bunu sübut etdi”.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Yanvar 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see168

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see135

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see123

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see115

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri