Liposaksiya əməliyyatında qadının ölümünə görə həkimə bu cəza verildi
Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub.
"Medicina" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hökmü ilə B.Mahmudov 2 il 9 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















