Icma.az
close
up
RU
Ölü doğulmuş xalq parlamenti fiaskoya uğradı Komitə sədrindən AÇIQLAMA

Ölü doğulmuş xalq parlamenti fiaskoya uğradı Komitə sədrindən AÇIQLAMA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bu günlərdə Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq ölkə ərazisindən kənarda gizlənən İlqar Hacıyevi, Məhəmməd Mirzəlini, Qurban Məmmədovu, Elşad Məmmədovu, Qabil Məmmədovu, Tural Sadıqlını İstintaq İdarəsinə çağırıb.

Baş Prokurorluqdan verilən rəsmi məlumata görə, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən bu şəxslərə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib. Onlar bir sıra cinayətlərdə ittiham olunurlar. 

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, son vaxtlar Azərbaycandan kənarda özünə yuva qurmuş “söyüş müxalifəti”nin fəal üzvləri bu zamanadək heç bir istəyinə nail ola bilmədiklərini və ictimaiyyətin gözündən düşdüklərini anlayaraq vəziyyətdən çıxış yolu kimi yeni üsullar axtarışına çıxmışdılar:

"Lakin bir neçə ay əvvəl bloger Tural Sadıqlı tərəfindən ortaya atılan və davamlı şəkildə müzakirə etdikləri “xalq parlamenti” ideyasını reallaşdırmaqla gündəmdə qalmağa çalışan “parlamentarilər”in bu arzuları da gözlərində qaldı. Bu qondarma qurumun formalaşmasına ciddi hazırlıq getməsinə baxmayaraq, özlərinin də etiraf etdikləri kimi, “ölü doğulmuş”  “xalq parlamenti” növbəti siyasi avantüranın məhsulu kimi yenə də fiaskoya uğradı.
Proseslərin gedişində nəticə etibarı ilə özlərini daha gülünc vəziyyətə qoyan “söyüş müxalifəti”nin məram və məqsədləri və iç üzü daha qabarıq şəkildə özünü göstərdi. Belə ki, xarici emissarlardan maliyyə dəstəyi alan ayrı-ayrı qruplar və şəxslər bir araya gələrək “müxalifət”in siyasi birliyini yaratmaq istəyirdilər. Lakin 11 yanvar tarixində onlayn toplantı zamanı əvvəlcə bir-birlərini tərif edən “söyüş müxalifəti” cəmi bir gün sonra ritorikalarını diametral şəkildə dəyişərək bir-birlərinə qarşı çox sərt şəkildə təhqirə keçdilər. “Söyüş müxalifəti”nin iderliyi uğrunda didişmədə bir-birini ittiham etməyə başlayan hər bir qrupun və şəxsin fərdi ambisiyası və korporativ maraqları planı alt-üst oldu".

Komitə sədri qeyd edib ki, heç bir sosial bazaya malik olmayan və sağlam elektoratdan məhrum olmuşların indiki durumu tam məntiqlidir:

"Nəhayət, Azərbaycan dövlətinin qanunları qarşısında məsuliyyət daşıyan bu şəxslərin taleyi bundan uzağa gedə bilməzdi. Şübhə yoxdur ki, yaxın zamanlarda ölkəmizin hüquq-mühafizə orqanları dövlətimizə və dövlətçiliyimizə qara ləkə olan bu psevdomüxalifətçilərin xəyanətkar anti-Azərbaycan əməllərini obyektiv şəkildə araşdıracaq və günahkarlar layiqli cəzalarını alacaqlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Mart 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri