Icma.az
close
up
RU
Ölüb, həlak olub, dünyasını dəyişib… Hansını seçək?

Ölüb, həlak olub, dünyasını dəyişib… Hansını seçək?

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Media üçün ölüm faktlarının təqdimatı zamanı ifadələrin düzgün seçilməsi böyük önəm daşıyır. İstifadə olunan sözlər həm xəbərin dəqiqliyini, həm də oxucunun mövzuya münasibətini formalaşdırır.

Bəs, ölüm faktlarını təqdim edərkən hansı hallarda “ölüb”, “həlak olub”, “dünyasını dəyişib” və “şəhid olub” ifadələrindən istifadə etmək doğru hesab olunur və onların seçimi necə əsaslandırılır?

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov “Yeni Sabah”a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Ölüm ifadələrinin çox ciddi fərqləri var. “Ölüb” nisbətən, nisbətən yox, ümumiyyətlə, neytral sözdür. Neytral sözdür, amma bir az belə deyək ki, o, lazımı zəriflikdən uzaqdır da, çox konkret, kəsə və bir az kobud səslənir. Burada neytrallıq bir də ondan bilinir ki, bu, daha çox öz əcəli ilə ölüb, belə bu məzmundadır.

Amma onun qarşısında mütləq bir söz işlənməlidir. Məsələn, deyək ki, müharibədə ölüb, döyüşdə ölüb, ya aclıqdan ölüb, susuzluqdan ölüb və s. Onun qarşısında o söz işlənməlidir. Bu təyin işlənməlidir və bu da onun neytrallığını müəyyən mənada göstərir”.

“Həlak olub” ifadəsi mütləqdir. Qəzada, döyüşdə belə olmalıdır, bunun qarşısına təyin yazılmır, demək olar ki, yazılsa da, məsləhət görülmür. Məsələn, müharibədə həlak olub, maşın qəzasında həlak olub, təyyarə qəzasında həlak olub və s. Bu ifadə öz əcəli ilə ölmək deyil, hansısa xarici səbəbdən baş verən ölümdür. Amma, məsələn, xəstəlikdən ölənlər xəstəlikdən həlak olmazlar, çünki xəstəlik o insanın özünün təbiətidir. Yəni, özü ilə əlaqədar olmayan ölüm xaricdən olan təsir, təzyiq nəticəsində baş verirsə, ona “həlak olmaq” deyilir”, - deyə N.Cəfərov əlavə edib.

Akademik bildirib ki, “dünyasını dəyişmək” ifadəsi isə ölməyin effemistik və mədəni formasıdır:

“Bu, həm də “dünyadan köçmək”, “ömrünü sizə bağışlamaq” kimi frazeoloji birləşmələrlə ifadə olunur və vəziyyəti yumuşaldır.

“Şəhid olmaq” ifadəsi isə ilk növbədə din uğrunda, İslam dini uğrunda mübarizədə həlak olma mənasını daşıyır. Son dövrlərdə Azərbaycan dilində bu söz daha çox vətən uğrunda həlak olmaq mənasında işlənir. Yəni, müharibədə, din uğrunda, mübarizədə ölən şəxs şəhid sayılır. Əgər insan qalırsa, qələbə qazanırsa və ya məğlub olursa, bu zaman qazilik termini işlədilir. Daha çox qələbə qazananda döyüşçünün qazi olmaq hüququ var, məğlub olanda isə qazilik bir az yerində olmur”.

Həmçinin, o, vurğulayıb ki,  qəsdən insan öldürmək mənasında “qətlə yetirilmək” ifadəsi istifadə olunur. Bu, artıq düşünülərək bir insanın digərini öldürməsi deməkdir:

“Beləliklə, ölüm ifadələri kontekstdən asılı olaraq neytral, dramatik, effemistik və ya qəhrəmanlıq yönümlü mənalar daşıya bilir. Müvafiq ifadənin seçimi xəbərin tonu və təqdimat məqsədinə uyğun olaraq dəyişir”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:372
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri