Icma.az
close
up
RU
Hansını seçək: Stressiz iş şəraiti, yoxsa yüksək maaş?

Hansını seçək: Stressiz iş şəraiti, yoxsa yüksək maaş?

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bəzən iş yerində yüksək maaş verilməsinə baxmayaraq, həmin yerdə işləmək stressli olur. Bu zaman insanlar seçim etməli olurlar, ya yüksək maaşlı stressli mühit, ya da daha az maaşlı sakit bir iş mühiti.

İndiki zamanda bunlardan hansını seçmək lazımdır?

“HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bu mövzuda Banco.az-a  açıqlamasında bildirib ki, ümumiyyətlə, iş həyatında tez-tez qarşılaşılan dilemmlərdən biri də budur ki, bəzi işlər yüksək əməkhaqqı təklif edir, amma eyni zamanda yüksək stress yaradır:

"Digər tərəfdən isə daha aşağı maaşlı, lakin daha az stressli işlər var.

Burada nəzərə alınmalı əsas məqamlardan biri odur ki, təklif olunan əməkhaqqı həmin şəxsin mövcud həyat şəraitinə və tələbatlarına uyğundur, yoxsa yox. Adətən insanlar öz ehtiyaclarını qarşılayacaq və gözləntilərinə uyğun gələcək iş yerlərinə üstünlük verirlər.

Təbii ki, yüksək maaşlı, amma stress səviyyəsi yüksək olan işlərdə müəyyən müddət işləmək mümkündür. Məsələn, şəxsin xüsusi bir məqsədi ola bilər: Avtomobil almaq, hər hansı maliyyə problemini həll etmək və ya başqa bir planını reallaşdırmaq. Belə hallarda həmin işi müvəqqəti olaraq seçə bilər".

İ. Mirzəzadənin sözlərinə görə, bu cür işlərin uzunmüddətli və daimi seçimə çevrilməsi gələcəkdə xroniki stressə, müxtəlif psixoloji və sağlamlıq problemlərinə səbəb ola bilər: "Problem ondadır ki, "bir müddət işləyib çıxaram" dediyimiz yerlərdə bəzən planlaşdırdığımızdan daha uzun qalırıq. Çünki insan müəyyən bir gəlir səviyyəsinə öyrəşir və sonradan ondan aşağı maaşa keçməkdə çətinlik çəkir. Həyat tərzini, xərclərini və gündəlik yaşayışını da həmin gəlirə uyğun qurur.

Ona görə də iş yeri seçərkən tələsmək lazım deyil. Bütün amilləri dəyərləndirmək və öz prioritetlərini müəyyənləşdirmək lazımdır. Şəxs bilməlidir ki, minimum hansı məbləğdə əməkhaqqı onu qane edir və ehtiyaclarını qarşılayır. Əgər təklif olunan maaş bu gözləntiləri qarşılayırsa, əlavə olaraq daha yüksək gəlir əldə etmək isə yalnız üstünlükdür. Belə olan halda insan həm maddi, həm də psixoloji baxımdan özünü daha rahat hiss edərək iş fəaliyyətini davam etdirə bilər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://banco.az
archiveBu xəbər 05 İyun 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri