Icma.az
close
up
RU
Ölüləri cümə axşamı yad etmək varmı? KONKRET

Ölüləri cümə axşamı yad etmək varmı? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın bir çox bölgəsində mərhumların ruhuna hörmət əlaməti olaraq “Cümə axşamı vermək” adəti geniş yayılıb. İnsanlar həmin gün ehsan vermək, Quran oxutmaq və dualarla ölüləri yad edirlər. Lakin bu adətin İslam dinində nə dərəcədə əsasının olduğu sual doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dininə görə ölən şəxsi yad etməyin əsas forması onun yaxşı əməllərini xatırlamaq, bağışlanması üçün dua etmək və imkan daxilində qəbirlərinə baş çəkməkdir.

Onun sözlərinə görə, qəbirləri cümə axşamı günü ziyarət etmək tövsiyə olunsa da, bu, qəti dini göstəriş deyil:

“Qəbirləri, ölüləri istənilən vaxt ziyarət etmək mümkündür. Cümə axşamını xüsusi olaraq “ölü yada salmaq günü” kimi qəbul etmək doğru deyil.”

Tural İrfan əlavə edib ki, bəzi rəvayətlərdə cümə axşamı günləri ruhların ailələrinə baş çəkdiyinə dair fikirlər yer alsa da, bu yanaşmalar daha çox xalq inancları və milli adətlərin təsiri ilə formalaşıb:

“Dinimizdə yalnız 3 günlük yas müddəti var. 7, 40 və ya cümə axşamı ehsanı kimi adətlərin heç biri dini vacib əməl sayılmır. Bunlar sonradan formalaşmış ənənələrdir.”

İlahiyyatçı qeyd edib ki, bu cür mərasimlər bəzən maddi maraqlarla da əlaqələndirilir və dini əsasdan çox, sosial vərdiş xarakteri daşıyır.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri