Icma.az
close
up
RU
Ölüm əllərimdən qopardı səni Ayaz Səlimxanoğludan poetik nümunələr

Ölüm əllərimdən qopardı səni Ayaz Səlimxanoğludan poetik nümunələr

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ayaz Səlimxanoğlu

Quba

AYB-nin üzvü, Qarabağ qazisi

               Qapı səsi

İllərdir gözümü həsrətdə qoyan,

O bağlı qapının ahı əzizdir.

Nə ayaq səsi var, nə də kölgəsi,

Ancaq bu qapının ruhu əzizdir.

Gəl, sənsiz sönübdür mənim çırağım,

Qapıdan boylanır fəryadım mənim.

Özüm də özümə qənim olmuşam,

Nə doğmam bilinir, nə yadım mənim.

Geyinib qaradan qara libası,

Sən gedən yollara ələnmişəm mən.

Sən görən tellərim xınasız qalıb,

Saçımın ağına bələnmişəm mən.

Ölüm əllərimdən qopardı səni,

Getdiyin məzara yollar ağladı.

Göylər yerdən alıb apardı səni,

Sönən ulduzunda qara bağladı.

Taleyin adını mərmərə yazdı,

O qara mərmərdi qismətin sənin.

Üz-üzə qalmışam o qapıyla mən,

Donub o qapıda həsrətin sənin.

            Vətən sərhədi

Vətən sərhədini qoruyur atam,

Ata ocağına sərhədəm mən də.

Atamsız yatıram mən yatağımda,

Ata qucağına həsrətəm mən də.

Dil açıb Vətənə ana deyəndə,

Anamın ovcuna güllər ələnir.

Gecə həzin-həzin layla çalanda,

Gözündən yuxuma nur səpələnir.

Qapı döyüləndə göynən qaçıram,

Atamı görəndə öyünürəm mən.

Sarılıb boynuna pıçıldayıram,

Sənin ürəyində döyünürəm mən...

              Elçi daşı

O hekayəmizdən xatirə qalan,

Nə yaz yağışıdır, nə göz yaşıdır.

Hər səhər yanından ötüb keçdiyim,

Qapında gördüyüm elçi daşıdır.

Yazın gəlişiylə açıb gül-çiçək,

Üstündə gəzişir xallı bir böçək.

Daşın kölgəsində bitən güllərin,

Nazı çəkilməsə nakam köçəcək.

Hasardan asılan gızılgül kolu,

Sürtür tikanını daşın üzünə.

Daşın sədasına açılan səhər,

Şehli həsrətini çəkir gözünə.

Yox isti nəfəsi, yox incə səsi,

Kim bilir, kimiydi daşın yiyəsi.

Yolumu gözləyir hər axşamüstü,

O elçi daşının daş hekayəsi.

Qatar gözləyirdik

Qatar gözləyirdik yağışlı gündə,

Mən çətirli idim, o qız çətirsiz.

Yağışdan islanıb yanıma gəldi.

O, gül ətirliydi, mən də ətirsiz.

Çətirdən boylandı nəmli baxışı,

Toxundu üzümə ipək telləri.

Ututdum qatarı, yağan yağışı,

Açıldı önümdə payız gülləri.

Gözünün qarası, dodaq boyası,

Qarışıb yağışla gözümə düşüdü.

Çətirdən asılan yağış damlası,

Göz-gözə baxanda üzümə düşdü.

Bütün xəyallarım qatarla getdi,

İllərdir yolumu ordan salıram,

İstər yağış olsun, istərsə günəş,

Hər qatar gələndə çətir alıram.

Güllərin üzündə dodaq izlərin

Gəzdiyin bağçanın əsiri oldum,

Öpdüyün gülləri oxşamaq üçün.

Öpdüyün gülləri mən də öpürdüm,

Güllərin ətrini yaşamaq üçün.

Ay başımın üstə, könlüm də səsdə,

Hər gecə bağçada həsrət çəkirəm.

Ayaq izlərindən torpaq götürüb,

Sinəmin üstündə güllər əkirəm.

Ayağından öpən ayüzlü daşlar,

Güllərin üzünə işıq saçırdı.

İşığa bələnmiş qönçə duyğular,

Titrək ürəyimdə çiçək açırdı.

Güllərin üzündə dodaq izləri,

Güllərin ən gözəl ləçəkləriydi.

Axıb qovuşurdu tər çiçəklərə,

Göz yaşım gözümün çiçəkləriydi.

 Son zəng

Son zəngin lal olmuş son xatirəsi,

Dil açıb qarşıma niyə çıxırsan?

Mən ki, unutmuşdum o zəng səsini,

Yaralı könlümü niyə sıxırsan?

Son zəngin havası yaz havasıydı,

Yanında əyləşıb bülbülə döndüm.

Ömrümün ən gözəl saz havasıydı,

Divardan asılan sünbülə döndüm.

Son zəngdə səslənən o kövrək sözlər,

Saraldı son payız yarpağı kimi.

O yaşıl duyğular xəzana döndü,

Yaşayır gözümdə göz dağı kimi.

Son zəng ilk sevginin son görüş yeri,

Son zəngə qarışıb itdi sevgimiz.

İndi də yaşayır xatirələrdə

Bizdən uzaqlarda bitdi sevgimiz.

Xucbala çayı

Quruyub çayımız, göyərib daşı,

Baxıram, sökülür bağrımın başı,

Körpüdən süzülür gözümün yaşı,

Daşlardan ayrılıb, Xucbala çayı.

Babamın babası suyundan içib,

Suyundan içənlər dünyadan köçüb,

Mənim uşaqlığım bu çayda keçib,

Çaylardan ayrılıb, Xucbala çayı.

Çayın qırağında dil açıb püstə,

Bir daşıaltdadır, birüstə,

Bir ovucsuyu da Tanrıdanistə,

Dağlardanayrılıb, Xucbalaçayı.

              Rəngli baxışlar

Uzaqdan baxsa da baxışlar sənsiz,

Çırpınır gözümdə rəngli baxışlar.

Arzum da sarılıb firçaya mənsiz,

Çəkir uzaqlarda qara naxışlar.

Süzür gözlərini dəniz mavisi,

Gözümü çəkirəm, üzümə baxır.

Gizlicə baxıram görən olmasın,

Bütün gözəlliklər gözümə baxır.

Boz gözün baxışı dağ kimi sirli,

Baxdıqca gözünə dəyişir rəngi.

Dindirir baxışlar ötən günləri,

Rəng-rəng işıq saçır sevgi çələngi.

Çatmadım bu yazda gülə sarılım,

Ovcumda güllər də göz yaşı dadır.

Mən bu baxışlardan necə ayrılım,

Güllərin ömrü də payız yaşdadır.

            Qarımış gözəl

Gəlir məhəllənin qarımış qızı,

Yenə də yanımdan ötüb keçəcək.

Bir kəlmə sözümdən allanır üzü,

Bu gecə yuxuda gəlin köçəcək.

Könlünə toxunur çalğı səsləri,

Ağ libas geyinib əsir dizləri,

Xoş sözlər eşidib dolur gözləri,

Elə bil yuxuda gəlin köçəcək.

Keçir xəyalından analıq hissi,

Gəlir qulağına körpənin səsi,

Canlanır gözündə şirin nəfəsi,

O, şirin yuxuda gəlin köçəcək

Qəlbini ovudub əlindən tutan,

Çiçəktək oxşayıb telindən tutan,

Bir gecə yuxuda belindən tutan,

Ağ atlı oğlana gəlin köçəcək.

Dəli rəssam

Ağlımı başımdan alırsan mənim,

Rəsmini çəkdikcə dəli oluram.

Baxıb gözlərinə əsir ürəyim,

Ürəyim ovcumda əsir oluram.

Mən səni çəkirəm, gözlərin məni,

Mən sənin gözündə dəli düşürəm.

Sən mənim rəsmimdə gözəlləşirsən,

Mən sənin gözündən ölü düşürəm.

Mən dəli rəssamam, sənət dəlisi,

Salmısan çöllərə mənim ruhumuş

Mən sənin eşqini gözəl çəkirəm,

Sən görə bilmirsən mənim ahımı.

Çırpıram fırçanı soyuqluğuna,

Üşüyən əlimlə ocaq çəkirəm.

Dəli rəssam bilib qaçırsan məndən,

Özümü mən sənə qonaq çəkirəm...

            Yağış damlası

Bir damla yağışı mənə qıymayıb,

Qəlbimi yandırıb necə gedirsən...

Arxanca boylanan kölgəyəm indi,

Kölgəmə sarılıb gecə gedirsən.

Sən gedən gecədən dəli olmuşam,

Hələ də yollara yağış səpirəm.

Yumuram gözümü, gözümə batır,

Gözümün içində qəmi öpürəm.

Getdiyin yolların daşı görünür,

Hər daşın üstündə bir damla yağış,

O yanan qəlbimi birdə yandırıb,

Canımdan can alır zamanla yağış.

Arzular bürünüb şam işığına,

Əriyib damlası sinəmə düşür.

Yandırır sinəmi şamın naləsi,

Sənin işığındı, binəmə düşür.

Əridir şam kimi tənhalıq məni,

Bu eşqə bir damla yağış ol, hərdən.

Gecələr yollara baxıram hər gün,

Deyirəm gələrsən yağışla  birdən...

Yenə Vətən çəkirəm

Ürəyimin başına,

Yenə Vətən çəkirəm.

Torpağına, daşına,

Yenə Vətən çəkirəm.

Xoş ətirli yaza bax,

Gül-çiçəkdə naza bax,

Sinəmdəki saza bax,

Yenə Vətən çəkirəm.

Söz ürəkdə dən gülü,

Hər dənin öz sünbülü,

Öpüb Xarı bülbülü,

Yenə Vətən çəkirəm.

Bir əlimdə varağım,

Bir əlimdə bayrağım,

Gözüm üstə torpağım,

Yenə Vətən çəkirəm...

            Bir gözəl çəkdim

Dur, qarın altında, rəsmini çəkim,

Sən dönüb gələndə qar olan deyil.

Rəssam eşqə düşüb çölləri gəzir,

Bir də bu gözəllik var olan deyil.

Rəsmini çəkirəm yaz həvəsiylə,

Xal düşür rəsminə qar dənəsindən.

Səni üşütməsin nə ayaz, nə qar,

Qar yağır gecənin naz sinəsindən.

Rəsminə sarılıb daldım xəyala,

O rəsmin eşqilə qəlbimi aldın.

Mənim arzularım o qara qaldı,

Payızı araya sən özün saldın.

Yolunu gözləyib düşdüm yollara,

Hər daşın üstünə bir xəzəl çəkdim.

Bir payız axşamı qəlbimin üstə,

Mən qarda üşüyən bir gözəl çəkdim.

            Gözünün rəngi

Necə ayrılıb o aynabənddən,

Əllərin üzündə, gözün gözümdə.

Gündüzlər çəkirdim sənin rəsmini,

Gecələr yatırdım mavı gözündə.

Həsrətlə çəkirdim bal dodaqları,

Dən-dən kirpikləri, sarı telləri.

Qələmlə çəkilən qələm qaşları,

O öpüş göndərən incə əlləri.

Dinimiz başqaydı, dilimiz başqa,

Danışa bilmirdik sevgi dilində.

Bir payız yaşadıq aynadan baxıb,

Dil açıb danışdıq günün birində.

Gözünün rəngini anam sevmədi,

Sözümdən dəyişdi üzünün rəngi.

Qırıq ayna kimi qırıldı qəlbim,

Bax, bizi ayırdı gözünü rəngi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Yanvar 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri