Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Hər gün ölümə meydan oxuyan zəriflərin Filmi

Hər gün ölümə meydan oxuyan zəriflərin Filmi

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib Bu gün Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimat mərasimi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, hökumət rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.

Rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” filmi Qarabağda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini və bu təhlükəli missiyanı həyata keçirən qadın minaaxtaranlarımızınhəyatını əks etdirir.  

Film Azərbaycan qadınını həm mina kimi gizli düşmənə qarşı elan olunan müharibənin iştirakçısı, həm qayğıkeş ana, həm də zərif və baxımlı qadın kimi təsvir edir.

Onların gündəlik həyatında xüsusi qurğuların texniki siqnalları, təhlükə, iradə, kövrəklik, güc, ölüm və qalım mövzuları sükutun fonunda tamaşaçıya təsirli şəkildə çatdırılır. Bu, bir qadın minaaxtaranın hekayəsidir.  

Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur.

Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli və riskli bir işlə məşğul olsalar da, evdə hər şeyi unudub bir ana, bir həyat yoldaşı kimi sevdiklərinin yanında olurlar.  

Filmin artıq ilk uğurları da var. Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində filmin ilk dünya premyerası baş tutub.

Burada film “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb. Film sənədli filmlər və kitablar üzrə ixtisaslaşmış, Avropa mərkəzli rəqəmsal və çap jurnalı “Modern Times Review” platformasında da yer alıb və xarici auditoriya bu beynəlxalq platformadan da film haqqında ətraflı məlumat ala bilər. Bununla yanaşı film Polşanın Qdınya şəhərində keçirilən Avropanın nüfuzlu kino platformalarından biri olan “NNW” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi qeydi” mükafatı ilə təltif edilib, Rumıniyada təşkil olunmuş “Astra Film Festivalı”nda da beynəlxalq ictimaiyyətə təqdim olunub.   Bu uğurlar “Sükut içində addımlar” (“Steps in Silence”ın) davamlı olaraq beynəlxalq auditoriya qarşısına çıxmasına və filmdə əks olunan mühüm hekayənin daha geniş coğrafiyada izləyicilərə çatmasına yeni imkanlar yaradır.  

Nizami Kino Mərkəzindəki təqdimat zamanı ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.  

Xatırladaq ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!”, “Tağıyev” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib.  

Lamiyə Məmmədova


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Noyabr 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri