Icma.az
close
up
RU
Ölümə meydan oxuyan Şəhriyar

Ölümə meydan oxuyan Şəhriyar

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olan Şəhriyar Bəxtiyar oğlu Mirişli İkinci Qarabağ müharibəsinin zəfərlə başa çatmasında hünər göstərib adını Azərbaycanın yeni, şanlı tarixinə yazıb. İndi 18 yaşında sinəsini Vətənə sipər edib onu alınmaz qalayan döndərən zəfər şəhidi Şəhriyarın adı hər dəfə çəkiləndə xalq qürur hissi keçirdir.
Fəqət, bu Vətən sevdalısı olduqca qısa bir ömür yaşadı, qaldı ki, yaşının çərçivəsinə sığmayan qəhrəmanlığı ilə əbədi olaraq yaddaşlara köçdü, elinə-obasına sonsuz məhəbbət mücəssəməsinə döndü. Dövlət də onun müqəddəs şəhid adına ölümündən sonra layiq gördüyü “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Füzulinin azadlığına görə medallarla daha bir şərəf qatdı. Eləcə Şəhriyar öz şərəfli ölümü ilə bütöv bir millətin ürəyinə elə qəhrəmanlıq toxumu səpib ki, onlar cücərdikcə müdriklər beşiyi, qəhrəmanlar diyarı Azərbaycan müstəqil, azad yaşamaqla xoşbəxt günlərimizin sayı bilinməz.
Mərdlik, cəngavərlik ana südü ilə birgə canına, qanına hopan, 44 günlük haqq savaşımızda igidlik nümunəsi göstərən Şəhriyar Mirişli həyatı dərk edəndən canına yağı dadanmış yurdunun taleyi onu düşündürüb. Orta məktəbi bitirib cəbhə bölgəsinin əsgər olmaqla vicdanla, şərəflə Vətən qarşısında oğulluq borcunu yerinə yetirib. Həmişə də müqəddəs yurd yerimiz Qarabağın azadlığı naminə səngərə, dığalarla döyüşə can atıb. Onun Vətən, torpaq sevgisi əsgər yoldaşlarına nümunə göstərilib.
Ermənistan işğalçı hərbi birləşmələri 2020-ci il sentyabrın 27-də cəbhə xətti boyunca Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri əsasında əks-hücuma keçib. Bununla da Şəhriyarın arzuladığı gün yetişib. Xalqımızın mərd oğulları 30 il əsarətdə olan Qarabağımızı erməni dığalardan təmizləmək üçün döyüşə giriblər. Şəhriyar da əlinə silah alıb ön cəbhədə, müharibənin ilk günündə yağıya sarsıdıcı zərbələr vurub, onlara ciddi itkilər verib. Biləsuvarın igid oğlu daha sonra ölümə meydan oxuya-oxuya Kəlbəcər, Cəbrayıl, Füzuli rayonların azadlığı uğrunda dığaların kabusuna çevrilib. Və hər dəfə döyüşə girəndə son qarış Vətən torpaqların azad olunacağı günədək düşmənlə döyüşəcəyinə and içib. Neçə-neçə ağır ölüm-dirim savaşlarda şücaət göstərən, doğma torpaq uğrunda can qoyan əsgər Şəhriyar Mirişli 21 oktyabrda Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından əbədiyyətə qovuşub. Azərbaycan layiqli bir övladı itirsə də, tökdüyü qanı hesabına ulu torpağın bağrına daha bir zəfər bayrağı sancılıb.
Bəli, Vətənin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük qürur və şərəfdir. Bu zirvəyə ucalanlar cismən işıqlı dünyanı tərk edirlər, onlar əbədi olaraq ürəklərdə yaşayırlar. Şəhriyar da belə...
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyul 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see295

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see282

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see264

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see263

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see246

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see207

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see205

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see202

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see197

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see178

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see171

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see170

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see168

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see167

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see164

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see159

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see156

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see156

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see152

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri