Icma.az
close
up
RU
Ölümsüzlük axtarışı: Bu, liderlər kimi milyarderləri də maraqlandırır

Ölümsüzlük axtarışı: Bu, liderlər kimi milyarderləri də maraqlandırır

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Bu günlərdə Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinq arasında “ölümsüzlük” mövzusunda keçirilən söhbət dünya mediasında geniş müzakirə olundu.

Bizimyol.info xəbər verir ki, bu, yalnız siyasi liderlərin deyil, həm də dünya milyarderlərinin marağını cəlb edən bir mövzuya çevrilib. Artıq bu məsələ, yalnız fantastika deyil, ciddi tədqiqatlar və investisiyalarla zənginləşən bir sahə halını alıb.

Milyarderlərin sərvətləri və tədqiqatlara olan marağı nəzərə alındığında, uzunömürlülük və cavanlaşma tədqiqatları “sənaye”yə çevrilməkdədir. ABŞ-ın məşhur "Wall Street Journal" nəşrinin məlumatına görə, son 25 ildə hüceyrələrin cavanlaşması və yaşa bağlı xəstəliklərin müalicəsi sahəsində fəaliyyət göstərən 200-dən çox startapa 12,5 milyard dollardan çox sərmayə qoyulub. Peter Thiel, Sam Altman, Yuri Milner və Marc Andreessen kimi Silikon Vadisinin aparıcı simaları, bu sahəyə yüz milyonlarla dollar sərmayə yatıraraq, “uzunömürlülük” tədqiqatlarının inkişafına mühüm dəstək veriblər.

Təhlillərə görə, milyarderlər əsasən "qocalmanı geri qaytarmaq və ya dəyişdirmək səylərinə", yaşa bağlı xəstəliklərin müalicəsinə yönəlmiş tədqiqatlara və ya ömrü uzatdığı iddia edilən məhsul və xidmətlərin bazara çıxarılmasına diqqət yetirirlər. Bu mövzu, həmçinin yüksək texnologiyalar, biotexnologiya və genetik mühəndislik sahələrində irəliləyişlərə səbəb olur və nəticədə, cəmiyyətin gələcəkdə uzunömürlülük və sağlam yaşlanma haqqında gözləntiləri dəyişir.

Çin Prezidenti Si Cinpinq və Rusiya lideri Vladimir Putin arasında baş tutan "ölümsüzlük" haqqında söhbət, bu sahədəki marağı daha da artırıb. Hətta bu mövzu ilə bağlı Çin dövlət televiziyası CCTV-nin vəkilləri, Böyük Britaniyada yerləşən "Reuters" xəbər agentliyinin rəhbərliyi ilə əlaqə saxlayaraq, liderlərin söhbətinin 4 dəqiqəlik görüntülərinin təhrif olunduğunu iddia ediblər. Vəkillər, görüntülərin geri alınmasını tələb edərək, agentliyi bu məlumatları geri çəkməyə məcbur ediblər.

"Reuters"in açıqlamasında isə bildirilib ki, bu görüntülər heç bir şəkildə təhrif olunmayıb və xəbərlər obyektiv həqiqətləri əks etdirir. Agentlik xəbərlərin qərəzsiz və doğruluğuna dair öz mövqeyini müdafiə edib.

"Uzunömürlülük" mövzusu həmçinin sosial və etik müzakirələri də təhrik edir. İnsan ömrünün uzadılması, genetik müdaxilələr və biotexnoloji tərəqqilər həm faydalı, həm də potensial təhlükəli nəticələr doğura bilər. Bu, yalnız tibbi və texnoloji inkişafları deyil, həm də insanların həyat keyfiyyətini və cəmiyyətin sosial strukturlarını əhatə edən ciddi bir məsələdir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Sentyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri