Icma.az
close
up
RU
Ölümsüzlük və əbədiyyət

Ölümsüzlük və əbədiyyət

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tarixin elə günləri var ki, illər keçsə də xalqın yaddaşından heç vaxt silinmir. O günlər hər dəfə sevgi ilə xatırlanır, çünki tarixdə qalan xoş hadisə xalqın taleyində iz buraxır. Belə günlərin dəyəri zaman keçdikcə daha da artır. 2003-cü il 3 oktyabr da xalqımızın yaddaşında əbədi yaşayacaq belə tarixlərdəndir. Bu tarix millətin taleyini dəyişdi, dövlətçilik yolumuzun istiqamətini müəyyənləşdirdi. 3 oktyabr xalqın taleyinə qərar verdiyi, dövlətçilik iradəsini ortaya qoyduğu tarixi gündür. Milli yaddaşımızda dövlətçilik tariximizin mühüm səhifəsi kimi yaşayan həmin prezident seçkisində xalq öz seçimini etdi. Seçicilərin mütləq əksəriyyəti Heydər Əliyevə səs verməklə müstəqil Azərbaycanı qorudu, mübaliğəsiz demək olar ki, Azərbaycanı seçdi. 

Xalqın adamı kimi xalqın seçimi ilə qələbə qazanaraq prezident seçilən Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başladı. Buna qədər ölkədə siyasi hərc-mərcliyin, vətəndaş müharibəsinin, separatizm alovunun qarşısını alan böyük liderin rəhbərliyi ilə ölkədə sabitlik, iqtisadi inkişaf və tərəqqi üçün real zəmin yarandı. Dövlət idarəçiliyində məsuliyyət və tələbkarlıq artdı, ölkənin daxili həyatında nizam bərpa edildi. Azərbaycan müstəqil qərarları özü verən dövlət kimi yoluna davam etdi. Keçmiş iqtidarın yarıtmaz fəaliyyətinin nəticəsi kimi bir-birinə nifrətlə baxan, pərən-pərən olmuş xalq Heydər Əliyevin fövqəladə böyüklüyü ilə milli həmrəyliyə qovuşdu. Onun siyasi iradəsi cəmiyyətdə parçalanmış münasibətləri aradan qaldıraraq insanları dövlətin, milli məfkurənin ətrafında birləşdirdi.

Ölkənin uğursuz və bərbad qurulan daxili və xarici siyasətini dəyişən Ulu öndər hüquqi, demokratik dövlət quruculuğunun əsaslarını möhkəmləndirdi. Dövlətin qanunla idarə olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkənin dünyadakı mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Azərbaycanın taleyini xaosdan çıxarıb dövlətçilik məntiqinə qaytaran bu siyasi xətt sonrakı illərin inkişafının əsasını qoydu. 

Xalqın adamı kimi xalqın seçimi ilə qələbə qazanaraq prezident seçilən Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başladı. Buna qədər ölkədə siyasi hərc-mərcliyin, vətəndaş müharibəsinin, separatizm alovunun qarşısını alan böyük liderin rəhbərliyi ilə ölkədə sabitlik, iqtisadi inkişaf və tərəqqi üçün real zəmin yarandı. Dövlət idarəçiliyində məsuliyyət və tələbkarlıq artdı, ölkənin daxili həyatında nizam bərpa edildi. Azərbaycan müstəqil qərarları özü verən dövlət kimi yoluna davam etdi. Keçmiş iqtidarın yarıtmaz fəaliyyətinin nəticəsi kimi bir-birinə nifrətlə baxan, pərən-pərən olmuş xalq Heydər Əliyevin fövqəladə böyüklüyü ilə milli həmrəyliyə qovuşdu. Onun siyasi iradəsi cəmiyyətdə parçalanmış münasibətləri aradan qaldıraraq insanları dövlətin, milli məfkurənin ətrafında birləşdirdi.

Ölkənin uğursuz və bərbad qurulan daxili və xarici siyasətini dəyişən Ulu öndər hüquqi, demokratik dövlət quruculuğunun əsaslarını möhkəmləndirdi. Dövlətin qanunla idarə olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkənin dünyadakı mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Azərbaycanın taleyini xaosdan çıxarıb dövlətçilik məntiqinə qaytaran bu siyasi xətt sonrakı illərin inkişafının əsasını qoydu. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafına, genişmiqyaslı quruculuq işlərinə və dövlətin müdafiə imkanlarının güclənməsinə böyük yol açdı. Bu iqtisadi güc müasir ordunun qurulmasına, onun maddi və texniki imkanlarının genişləndirilməsinə şərait yaratdı. Məhz həmin ordu 2020-ci ildə Qarabağı işğaldan azad edərək xalqımızın 30 illik həsrətinə son qoydu. 

15 oyunda başlayan qurtuluş estafeti 3 oktyabrda xilaskarlıqla tamamlandı. Tarix sübut etdi ki, Heydər Əliyevin varlığı müstəqil dövlətin qurulması ilə epoxal tariximizin ən böyük dönüş nöqtəsi oldu. Dünyada liderlik nümunələri olub, olur və olacaq. Amma liderliyin Heydər Əliyev nümunəsinə rast gəlmək çətindir. 3 oktyabrda xalqın seçki məntəqələrinə sevgi və inamla gedərək öz həqiqi liderini seçməsi uzaq tarixdən gələn dövlətçilik yaddaşının, milli iradənin və xalqla lider arasında yaranmış tarixi bağlılığın ifadəsi idi. 

Xalq heç vaxt yanılmır. Təkidlə əvəzsiz övladı Heydər Əliyevi siyasi səhnəyə dəvət edən xalq 3 oktyabrda qüdrətli, ən böyük azərbaycanlını Prezident seçməklə doğru seçimini nümayiş etdirdi. Bununla da xalq bu tarixi seçimlə Azərbaycanın gələcəyini, dövlətçiliyimizin möhkəmliyini, müstəqil yaşamaq iradəmizi və xalqımızın sabahını müəyyənləşdirdi. Bu seçim Azərbaycanın tarixində yeni siyasi eranın başlanğıcını qoydu. Heydər Əliyevin liderliyi dağılmış dövlət idarəçiliyinin bərpasına, dövlətçiliyin möhkəm əsaslar üzərində qurulmasına və müstəqilliyimizin daha etibarlı təminatına yol açdı. Tarixin sonrakı gedişi 3 oktyabr seçiminin xalqın taleyində buraxdığı dərin izi və Azərbaycanın gələcəyində oynadığı böyük rolu aydın göstərdi.  Heydər Əliyevin Azərbaycan tarixində Ümummilli lider səviyyəsinə yüksəlməsi təsadüfi olmadı. O, istər ittifaq dönəmində, istərsə də müstəqillik illərində xalqın adamı oldu, xalqına bağlılığını və sevgisini fəaliyyəti ilə göstərdi. Ona görə Heydər Əliyev sevilir və xalqın yaddaşında əbədi yaşayır, böyük şəxsiyyətlərin ideyaları və dövlətçilik irsi zamanın sərhədlərini aşaraq nəsildən-nəslə ötürülür. Bu baxımdan Heydər Əliyev tariximizin şərəfli səhifəsi, ölməzliyin və əbədiyyətin özüdür. Bizə azad və qürurlu həyat bəxş edən əbədiyaşar liderimiz həmişə bizimlədir, yaşayır. Ölməzliyi xalqımızın yaddaşında, əbədiyyəti isə Azərbaycan adının varlığındadır!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri