Icma.az
close
up
RU
Şəhidlər xiyabanında Allahverdi Bağırov üçün qazılan məzarda Çingiz Mustafayev dəfn olundu ANONS

Şəhidlər xiyabanında Allahverdi Bağırov üçün qazılan məzarda Çingiz Mustafayev dəfn olundu ANONS

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Şəhid Milli Qəhrəman Allahverdi Bağırovun həyat yoldaşı Validə Bağırovanın “525-ci qəzet”ə müsahibəsindən:

* Zəhmli görünən o insanın sinəsində bilirsiniz Vətən üçün necə bir ürək döyünüb? Hər şey 88-ci ildən başlandı. Nəinki düzənimiz, bütün həyatımız dəyişdi. Dünənə qədər səninlə qonşuluqda yaşayanlar, üzünə gülən, şirin dillə danışanların üzlərinin qəfil dönməsi bəzən bir yuxu kimi gəlirdi bizlərə.

* ...Gecələr gənclər növbə ilə Ağdamı qorumağa başladılar. Yavaş-yavaş silah yığılmağa başlandı və yığılan sursatlar Allaverdinin restoranına gətirilirdi. Hamı yalnız Ağdamın müdafiəsini düşünürdü. Artıq düşmən baş verənlərdən duyuq düşmüşdü və Eldarın başına pul mükafatı qoyulmuşdu. Vəziyyəti belə görən ətraf rayonlar da işini ehtiyatlı tutaraq silah üçün Eldara müraciət edirdi. Sonradan bildim ki, pomidor yeşiklərinin altında Şuşaya silah daşınırmış.

* 1992-ci ildə Allahverdi 150 nəfərdən ibarət olan döyüşçülərilə Naxçıvanikdə ermənilərin bütün canlı qüvvəsini və texnikasını məhv edə bilmişdi. Pircamal kəndində bütün yüksəklikləri ələ keçirib erməni bayraqlarının yerinə Azərbaycan bayrağını sancmışdılar. Qısa zaman ərzində Allahverdinin qəhrəmanlıqları çox oldu, bunu tək Qarabağ bölgəsi deyil, bütün Azərbaycan bilirdi. Evdə onun üzünə demək olar ki, həsrət qalmışdıq. O zaman hadisələrlə bağlı televiziya çəkilişləri çox olurdu və inanın ki, biz onun üzünü yalnız televizorda görə bilirdik.

* Bir erməni polkovniki vardı, Vitali Balasanyan. Allahverdi onu futboldan tanıyırdı. Vaxtilə birlikdə Ağdamda futbolda oynayıblar. Bir neçə gün ərzində Allahverdi mindən yuxarı Xocalı əsirlərini ermənilərin əlindən alıb ailələrinə təhvil verə bildi. Çiyninə çox ağır bir yük götürmüşdü və o yükü öz gücünə daşısa da, ağırlığını hiss etmirdi.

* Dəfələrlə Bakıya kömək üçün müraciət olunsa da, haraya gəlib əl uzadan olmadı. Silah-sursatı, top-tüfəngi özünümüdafiə batalyonu öz gücünə əldə edə bilmişdi ki, dar macalda əliyalın qalmasınlar. Heç kəs düşünməsin ki, həyat yoldaşımdır deyə, onu tərifləyirəm. Allaverdinin əməlləri göz önündə olub. Mümkün olan, olmayan bütün imkanlardan istifadə etməklə, ağır döyüşlər hesabına da olsa, o, Ağdamın işğalına imkan verməzdi. Amma indi düşünürəm ki, nə yaxşı Allahverdi Ağdamın süqutunu görmədi.

* Allahverdi heç zaman döyüşə getdiyini bizə deməzdi, istəmirdi ki, qızlar narahat olsun. 1992-ci ilin iyun ayının 12-si idi. Eşitdik ki, batalyonu ilə Naxçıvanikdə döyüş mövqeyindədir. Lakin onu təcili Ağdama çağırıblar və onun olduğu maşın minaya düşüb. Maşında olan yeddi nəfərdən üçü şəhid olub - Allahverdi, sürücü və bir də Nazim həkim. Axşam saat 8-9 arası qapı döyüldü və onun nəşini gətirdilər.

* Allahverdi Bağırov Bakıda Şəhidlər xiyabanında dəfn olunmalı idi. Artıq məzar yeri də qazılıb hazırlanmışdı. Lakin biz onun Ağdam Şəhidlər xiyabanında, qardaşı Eldarın yanında dəfn olunmağını istədik. Hələ onda qarşıda bizi nələrin gözlədiyindən bixəbər idik. Bilmirdik ki, bir ildən sonra Ağdamdan çıxmağa məcbur olacağıq, iyirmi yeddi il o məzarın ziyarətinə həsrət qalacağıq. Allahverdi üçün qazılan həmin məzarda onun şəhadətindən bir neçə gün sonra Çingız Mustafayev dəfn olundu. Çingizin Xocalıda çəkiliş aparması üçün Allahverdi şərait yaratmışdı.

* Müharibə xəbərini eşidəndə qarışıq hisslər yaşadım. Müharibə itkisiz, acısız olmur. Gözümün qarşısına min bir arzu ilə oğul  böyüdən analar gəldi, cavan balaların yarımçıq qalacaq xəyallarından içim sızladı. Digər tərəfdən məsələyə birdəfəlik nöqtə qoyulacağından rahatlanan kimi oldum. Müharibənin uzana biləcəyi fikrini özümdən qova bilmirdim. Ordumuzun cəngavərləri, başda Ali Baş Komandan olmaqla, 44 günə qələbə bayraqlarını işğaldan azad olan torpaqlarda dalğalandırmağa başladılar. O anda sevinc, qürur yaşayan ürəyimdən bir istək keçdi - kaş ki Allahverdi bu qələbəni görəydi. Kaş ki...

* Ağdama, torpağına həyatını qurban verən ömür-gün yoldaşım Milli Qəhrəman Allahverdi Bağırovsuz qayıtsam da, onun narahat ruhunun artıq azad Qarabağ səmasında hüzur tapdığına əminəm. Bu, mənə yetər.

VALİDƏ BAĞIROVA İLƏ MÜSAHİBƏNİN TAM VARİANTINI “525-Cİ QƏZET”İN SABAHKI SAYINDA OXUYA BİLƏRSİNİZ!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri