Icma.az
close
up
RU
Allahverdi Bağırovun doğum günüdür

Allahverdi Bağırovun doğum günüdür

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Milli Qəhrəman, əfsanəvi komandir, I Qarabağ müharibəsində şəhid olmuş Allahverdi Bağırovun anadan olmasının 80-ci ili tamam olur.

“Qarabağ” futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi olan Allahverdi Bağırov erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən şəxs kimi həm də Qarabağ müqavimətinin simvolu hesab olunurdu.

“Qafqazinfo” xəbər verir ki, Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprelin 22-si Ağdamda anadan olub. Kiçik yaşlarından idmana böyük həvəsi olduğundan müxtəlif idman növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. 

1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Eldar və Allahverdi Bağırov qardaşlarının böyük xidmətləri olub. Onlar Ağdamda ilk müdafiə dəstələrini yaradıb, rayon ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşublar. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancıb.

1992-ci ilin yanvarında A.Bağırovun taboru Naxçıvanik kəndində uğurlu hücum əməliyyatı keçirib. Onun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, bundan sonra Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülüb.

1992-ci il fevralın 26-sı Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib. Bu hücum nəticəsində yüzlərlə insan xilas edilərək Ağdama gətirilib. Bağırovun Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasanyanla danışıqlardan sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib. Bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb.

Məhz Bağırovun Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və meyitləri Ağdama gətirib. Bağırovun bu fəaliyyəti “Fəryad” filmində də obrazlı şəkildə işıqlandırılıb. Belə ki, ermənilər əsirlərin əvəzində siqaret, benzin və digər şeylər tələb ediblər. Filmdə təkcə cinayətkarın adının öyrənilməsi üçün 20 “kanistr” benzinin istənməsi məhz Allahverdi Bağırova aid fakt hesab olunur.

1992-ci ilin iyunun 12-si təcili iş üçün Ağdama çağırılan Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və o həlak olub. Əfsanəvi komandir Ağdamda da torpağa tapşırılıb.

Azərbaycan Pezidentinin Fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Sonradan Heydər Əliyevin Fərmanı ilə Allahverdi Bağırov “Qızıl Ulduz” medalı təltif olunub. 

1993-cü ildə işğal edilmiş Ağdam rayonu 2020-ci ilin noyabrın 20-si işğaldan azad olunub. Elə həmin ay Milli Qəhrəmanın övladları 27 ildən sonra ilk dəfə atalarının məzarını ziyarət ediblər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri