Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Ölümü ilə İranın taleyini dəyişən qadın Məhsa Əmini

Ölümü ilə İranın taleyini dəyişən qadın Məhsa Əmini

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərahim Nəsib yazır...

Bəzən bir ölkənin tarixi gözlənilməz bir hadisə, qəhrəmana çevriləcək bir nəfərin fəaliyyəti ilə də dəyişə bilir - ölümü ilə ölkəsinin taleyini başqa istiqamətə yönəldən Məhsa Əmini kimi. İranın illərlə davam edən radikal çərçivəsi, sərt qanunları, qadınların pozulan hüquqları fonunda qorxunun gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi atmosfer 2022-ci ilin 16 sentyabrında növbəti dəfə gənc bir qadının öldürülməsi ilə daha da tündləşdi. Lakin Məhsa Əmininin qətli təkcə bir ailənin, bir millətin kədəri yox, həm də bir ideologiyanın, bir sistemin sarsıntısına gətirib çıxaran yolun başlanğıcı oldu. Məhsa Əmini isə vəfatı ilə bir ölkənin taleyini dəyişdi. Yaxşı, ya pis - fərqi yoxdur - istənilən halda qəhrəmanlar mühakimə olunmurlar. Bəlkə də, çoxları fərqinə varmırlar, amma bu gün baş verənlər onun canı bahasına əkdiyi toxumların bəhrəsidir.

Məhsa Əmini 2022-ci ilin sentyabrında İranın paytaxtı Tehranda polis nəzarətində olarkən şübhəli şəkildə həyatını itirib. Onun polis zorakılığı nəticəsində öldüyü iddia olunub. Əmini İslam Respublikasının Daxili İşlər Nazirliyinə tabe olan və ictimai yerlərdə hicab qaydalarının tətbiqinə nəzarət edən Əxlaq polisi tərəfindən geyiminin hökumət standartlarına uyğun olmaması səbəbi ilə saxlanılmışdı. Lakin polis idarəsindən verilən açıqlamaya görə, o, idarədə qəfil yıxılıb və iki gün komada qaldıqdan sonra infarktdan vəfat edib. Ancaq hadisə şahidlərinin sözlərinə görə, Əmini döyülüb və başı polis maşınının yan hissəsinə çırpılıb. Sızdırılan tibbi sənədlərdə isə ona beyin qanaması və insult diaqnozu qoyulduğu qeyd olunub.

Hadisə bütün dünyada geniş rezonans doğurub, Məhsa Əmini isə ölümü ilə İranda qadınlara qarşı zorakılığın simvoluna çevrilib. Hətta Birləşmiş Millətlər Təşkilatı Məhsa Əmininin ölümü və bununla əlaqədar baş verən etirazlar zamanı qadınlara və etirazçılara qarşı zorakılıqdan narahatlığını dilə gətirib, rəsmi Tehrana xəbərdarlıq edib. Nəticədə isə alova çevrilən qığılcım hər keçən gün əhatə dairəsini daha da genişləndirib və paytaxt Tehranda başlayan etirazlar daha sonra Məhsa Əmininin doğulduğu Kürdüstan əyalətinin Saqqız, eyni zamanda, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində isə bu etirazlar ilk gündən sürətlə böyüyüb.

Meydanlarda səslənən "Qadın, Həyat, Azadlıq!" şüarları həm də sistemə meydan oxuyub. Düzdür, hakimiyyət bu etirazlara sərt reaksiya ilə cavab verib - etirazçıların saxlanılması, öldürülməsi, internetin kəsilməsi, mediaya məhdudiyyət etirazların qarşısını almaq üçün əsas variantlar kimi nəzərdən keçirilib, lakin artıq hər şey gec olub - Məhsa Əmininin adı bir fərdin deyil, bir xalqın kollektiv inqilabi şüuruna həkk olub və praktiki nəticə əldə etməyə addım atıb.

İndi isə İranda hər kəs məcburi hicab qaydasının ləğvindən danışır. Hətta İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zor tətbiq etməklə həll etmək mümkün deyil. Bu isə həm İranda, həm də prosesləri diqqətlə izləyən digər ölkələrdə "hicab qanunu"nun ləğvi kimi dəyərləndirilib.

Düzdür, şəriət qanunları ilə idarə olunan ölkədə hicab məcburidir. Yəni konstitusiyada dəyişiklik olmadığı müddətdə qanun dəyişdirilə bilməz, lakin baş verənlər fonunda hökumət güzəştə getməyə məcbur olub. Artıq qadınlar küçələrdə, parklarda başlarını bağlamadan gəzə bilirlər. Yəni rəsmi şəkildə "hicab qanunu" ləğv edilməsə də, de-fakto qadınların azadlıqlarına mane olunmur, onların sərbəstliyinə şərait yaradılır ki, bu da "dövlətin cəmiyyətlə uzlaşması" anlamına gəlir və bu "islahat", sözsüz ki, Məhsa Əmininin qanı bahasına başlanan dalğanın nəticəsidir.

Beləliklə, Məhsa Əmininin ölümü İranda həm də bir neçə prosesin başlanğıcını qoydu. İran cəmiyyətinin ən dərin tabularından biri dağıldı, ictimai təzyiq öz bəhrəsini verdi, qlobal rezonans öz təsirini göstərdi. Çünki problem yalnız qadınların başlarını bağlayıb-bağlaması deyil, İranda pozulan insan hüquqlarıdır. Sistemin hicab pərdəsi altında gizlətdiyi qanun pozuntuları nəhayət üsyana çevrildi.

Bəlkə də, bu yazını Beynəlxalq Qızlar Günündə yazmağım da taleyin bir işarəsidir, çünki tək adı ilə özündən sonrakıların qorxusunu darmadağın edən qız indi bir millətin azadlıq nəfəsinə çevrilib. Bəli, Məhsa Əmini ölümlə deyil, ölümündən sonra başlayan həyatla tarixə düşdü. Bu gün dünyanın müxtəlif guşələrində minlərlə qız təhsil, azadlıq, təhlükəsizlik, bərabərlik uğrunda mübarizə aparır. Onların hər biri mübarizəsini müxtəlif formalarda davam etdirərək dünyanı dəyişməyə çalışır, bəziləri də Məhsa kimi dünyasını dəyişərək...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri