Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ölümün gözünə dik baxan Gülbəniz Arif qızı ilə görüş adlı tədbir keçirilib

Ölümün gözünə dik baxan Gülbəniz Arif qızı ilə görüş adlı tədbir keçirilib

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu günlərdə Vətən sevgisi ilə qorxmadan döyüş meydanlarına atılan, Qarabağ Zəfərində öz payı olan, hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan və fəaliyyət göstərən həmyerlimiz, xalqımızın mərd qızı hərbi jurnalist Gülbəniz xanıma həsr olunan “Ölümün gözünə dik baxan Gülbəniz Arif qızı ilə görüş” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, görüşə 1991-1996-cı illərdə cəbhə bölgələrinin ən qaynar nöqtələrindən, birbaşa səngərlərdən hazırladığı yazıların qəhrəmanları, polkovniklər, iki dəfə "Azərbaycan bayrağı" ordenli Şair Ramaldanov, Üzeyir Cəfərov, birinci və ikinci Qarabağ savaşının qəhrəman iştirakçılarından qazilər Adil Quliyev, Taleh Ehmedov və Elçin Rəfiyev, OMON-çulardan Aydın İsayev, İlqar İbrahimov, İlqar Hüseynov, Elçin İmanov, rota komandiri İlham Ağalarov, Rasim Əbilov, Tanrıverdi, müharibədən çəkilmiş minlərlə fotonun müəllifi Nurəhməd Vəliyev, batalyonun həkimi Səməd Məmmədov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Bisella Şirkətinin rəhbəri qazi Babək Qoca, əməkdar jurnalistlər Zemfira Məhərrəmli, Səmsiyyə Kərimova, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin sədri Jalə Cəfərova, yazıçı Hüsniyyə Hüseynova, "Azərbaycan" qəzetinin müxbiri Elşən Qəniyev, qəhrəmanlarımızı təbliğ edən vətənpərvər İlhamə xanım Nahid Əhmədova və Savalan, media nümayəndələri və d. iştirak etdilər.

Tədbirdə ilk öncə Hollandiyada yaşayan həmyerlimiz Yasənən Qaranın Gülbəniz xanıma yazdığı “Bu günkü görüşün mübarək, bacım” şeri dinlənildi, sonra onun döyüş yolunu əks etdirən “Sərhədsiz Vətən sevgisi” adlı video süjet və şair Əlisəfa Quliyevin “Gülbəniz” şeri əsasında foto-slayd nümayiş etdirildi. Burada Gülbəniz Arifqızının döyüşçülərdən götürdüyü müsahibələr və fotolar təqdim olundu. Gülbəniz xanımın “Müharibənin yolları ürəyimdən keçir” və “Əsirlikdə qalan kəndim” adlı kitablarından geniş danışıldı. Xatirələr təzələndi, o anlar təkrar yaşandı, ŞƏHİDLƏR yad edildi.

Gülbəniz Arifqızı müntəzəm olaraq döyüşçülərə həm maddi yardım aparır, həm də onlardan müsahibələr götürüb respublika mətbuatında dərc etdirirdi. Əsgərlərin problemləri ilə də maraqlanır, onların həlli üçün məmur qapılarını döyürdü. Beləcə bizim hərbi yazar kimi “Ordu”, “Hünər”, “El”, “Ədalət”, “Azad söz” və d. Mətbu orqanlarda çalışdı, müharibə həyatı başladı.

Tale onun yolunu uzaq Amerikaya tuş gətirdi. Orada yaşadığı bu illərdə Vətəni, döyüşçü yoldaşlarını unutmadı. Amerikada televiziya proqramı açdı. Azərbaycanın tanıdılması istiqamətində xeyli iş gördü. Amerika-Azərbaycan Dərnəyi təşkil etdi. Ordakı həmyerlilərimizi ətrafına topladı. Vətənimizin müsbət yöndə tanıdılması və Azərbaycan həqiqətlərinin yayılmasında böyük əmək sərf etdi. Əməyi, fəaliyyəti yetərincə mükafatlandırıldı. Diplomlar, Fəxri Fərmanlar, Təşəkkürnamələr, BMT-nin xoşməramlı səfiri, Qızıl qələm, Türkiyə-Amerika Cəmiyyətinin "İlin fəal hərbi yazarı", "İlin vətənpərvər jurnalisti" və sair.

Sonda Azərbaycana bu dəfəki gəlişində səhhətində bir az nasazlıqlar olsa da sevdiyi və qürur duyduğu döyüşçü qardaşları, dostları ilə görüşə sevə-sevə gəldiyini xüsusi ilə vurğuladı. Gülbəniz xanım bu görüşün onun həyatında böyük bir iz buraxdığını, onu çox sevindirdiyini, bu günü ona yaşatdıqları üçün tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
1 aprelin 1961-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. İbtidai təhsilini Füzuli rayonunun Yal Pirəhmədli kəndində bitirib. Sonra 1 saylı Horadiz qəsəbə və Füzuli şəhər B.Sərdarov adına orta məktəbdə təhsilini davam etdirib. Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun Mülki Sənaye və Mülki Tikinti fakültəsini bitirərək Azərbaycan Dövlət Layihə İnstitutunda çalışıb. 1990-cı ildən Azərbaycanda siyasi dəyişikliklərin baş verdiyi dövrdən başlayaraq Milli Azadlıq Hərəkatına qoşulub.

İlk dəfə “İnşaatçılar” qəzetintə Gülbəniz Arif qızı imzası ilə ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. Azərbaycanın müxtəlif bölgələrində erməni işğalçılarının zaman-zaman kəndlərə etdiyi hücumlar barədə respublikanın müxtəlif mətbu orqanlarda “Ordu”, “Azərbaycan gəncləri”, “Ədalət”, “Azad söz”, “Hünər”, “Ana”, “Həyat”, “El qəzeti” və d. qəzetlərdə yazılar dərc etdirməyə başlayıb. Qanlı 20 Yanvar və Qarabağ müharibəsinin canlı şahididir. 1991-1996-cı illər ərzində daim Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Beyləqan rayonlarında, cəbhə bölgələrinin ən qaynar nöqtələrindən, birbaşa səngərlərdən, hospitallarda müalicə alan əsgərlərlərdən, azadlıq uğrunda canından keçən şəhidlərdən məqalələr hazırlayaraq qəhrəman oğullarımızın göstərdiyi şücaətləri xalqa çatdırıb. Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin ən fəal üzvlərindən biri olub.

1997-ci ildə ABŞ-ın Kaliforniya ştatında Azərbaycan dilində verilişlərin aparılması məqsədilə TV kanalının açılması üçün dəvətlə oraya gedib. Daha sonra 2007-ci ildə orada təhsis etdiyi “Amerika-Azərbaycan Qadınlar Cəmiyyəti”nin sədri, Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Körpü” jurnalı redaksiya heyətinin üzvü seçilib. Mütəmadi olaraq Amerikada yaşayan azərbaycanlılar barədə yazıları ilə respublikanın müxtəlif mətbu orqanlarında, o cümlədən “Yeni Azərbaycan”, “İki sahil”, “Paritet”, “Ədalət”, “Palitra”, ”Kaspi” və digər qəzetlərdə davamlı olaraq yazılar dərc etdirib.

2006-cı ildə cəbhə bölgələrinin ən qaynar nöqtələrinə səfəri zamanı qələmə aldığı və o dövrün mətbu orqanlarında dərc olunmuş məqalələrin toplandığı “Müharibənin yolları ürəyimdən keçir” və 2008-ci ildə erməni işğalında qalan doğma kəndi Yal Pirəhmədlinin tarixi, təbiəti, sadə kənd adamlarının həyat tərzi, adət-ənənəsini, kəndin müdafiəsinə qalxan sakinlərin qəhrəmanlığından bəhs edən “Əsirlikdə qalan kəndim” adlı kitablarını çap etdirib.
2007-ci ildə Yaponiya səfirliyinin təsis etdiyi “Xoşməramlı səfir” diplomuna, Azərbaycan Yazıçılar Birliyinin “Qızıl Qələm” mükafatına, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin “Təşəkkürnamə”si, Amerikada fəaliyyət göstərən “Türkiyə-Azərbaycan Cəmiyyəti”nin “Qarabağın ən fəal hərbi jurnalisti” döş nişanı və diplomu ilə təltif olunub. Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü ilə keçirilən “Qarabağ müharibəsini ən yaxşı işıqlandıran yazı” müsabiqəsində “Müharibənin yolları ürəyimdən keçir” kitabı 2 yerə layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Mart 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri