Ölümündən sonra sərvət qazandı FOTO
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yalovanın Çınarcık rayonunda yaşadığı mənzilin altıncı mərtəbəsindən yıxılaraq dünyasını dəyişən məşhur sənətçi Gül Tut (səhnə adı ilə Güllü) ölümündən sonra musiqi platformalarında böyük maraq görüb.
Milli.Az xəbər verir ki, arabesk musiqisinin aparıcı simalarından olan sənətçinin mahnıları qısa müddətdə rəqəmsal platformalarda milyonlarla dinlənilib. Onun beş əsəri - "Sabah Olmadan", "Ödüm Kopuyor", "Kopamam Senden", "Değmezmiş Sana" və "Her Şeym Olmayan" - Türkiyənin ən populyar musiqi yayım platformalarından biri olan Spotify-da "ən çox yayımlananlar" siyahısına daxil olub.
Faciəvi şəkildə ölən müğənninin son görüntüləri - VİDEO - FOTOlar
"Spotify", "YouTube Music" və "Apple Music" kimi ödənişli platformalardakı dinlənilmələrin gətirdiyi qonorar milyonlarla lirəyə çatacaq. Bu gəlir isə sənətçinin qanuni varisləri - qızı və oğluna paylanacaq.
Güllünün qəfil ölümü sənət aləmində dərin hüzn yaradıb. Onun mahnıları isə ölümündən sonra bir daha gündəmə gələrək yeni nəslin də maraq dairəsinə daxil olub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 30 Sentyabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















