Papa Fransiskin ölümündən sonra qoyduğu sərvət ŞOK ETDİ KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Katolik dünyasının ruhani lideri Papa Fransiskin geridə qoyduğu sərvət hər kəsi heyrətə gətirib. Ailəsinin etirazına baxmayaraq keşiş olmağa qərar verən Papa Fransiskin keçmiş peşəsi də bir çoxları üçün gözlənilməz olub.
KONKRET.az xəbər verir ki, əsl adı Xorxe Mario Berqoglio olan Papa Fransisk bir zamanlar əyləncə məkanlarında cangüdən kimi çalışıb. İtaliya əsilli argentinalı ailədə doğulan Fransisk kimya elmini öyrənsə də, bu sahədə işləməyib. 17 yaşında kilsəyə qədəm qoyan Fransisk, ailəsinin müqavimətinə baxmayaraq ruhani yola yönəlib. 2013-cü ildə Roma Katolik Kilsəsinin rəhbəri seçilib.
Vatikan və katolik dünyasına 12 il rəhbərlik edən Papa Fransiskin ölümündən sonra ortaya çıxan şəxsi sərvəti isə hər kəsi təəccübləndirib. Onun geridə cəmi 100 dollar buraxdığı açıqlanıb.
Qeyd edək ki, Papanın bütün ehtiyacları Vatikan tərəfindən qarşılanırdı. “Celebrity Net Worth” saytının məlumatına görə, onun şəxsi sərvəti cəmi 100 dollar olsa da, Vatikanın ümumi sərvətinin xeyli böyük olduğu bildirilir. “TIME” jurnalına danışan bəzi maliyyə ekspertləri Vatikanın sərvətinin 10-15 milyard dollar arasında olduğunu qeyd edirlər.
Aynurə İsmayıl
KONKRET.az
Baxış sayı:123
Bu xəbər 24 Aprel 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















