Icma.az
close
up
RU
Статья не опубликована
Oman danışıqları nəticə verməsə, İrana qarşı əməliyyatlar başlaya bilər Aqşin Kərimov

Oman danışıqları nəticə verməsə, İrana qarşı əməliyyatlar başlaya bilər Aqşin Kərimov

Icma.az, Aznews.az saytına istinadən bildirir.

“Rəsmi bəyanatlar, informasiya məkanlarındakı xəbərlər ABŞ ilə İsrailin İrana qarşı mümkün hərbi zərbələrə hazırlaşdığı yönündə inkişaf edir. İranın bu bəyanatların fonunda ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını təhdid etməsi, paralel olaraq isə müdafiə qabiliyyətinin imkanlarını operativ qiymətləndirmə fazasına keçirməsi müharibə olacağına dair eyhamları artırır. İran və ona rəqib olan ABŞ-İsrail müttəfiqliyinin hərəkətləri Tehranın nüvə proqramına qarşı mümkün potensial zərbələrə hazırlaşmaq səylərini əks etdirir. İsrailin baş naziri Benyanin Netanyahunun ABŞ-yə səfəri və Prezident Donald Trampla danışıqları həmin planı müzakirə etmək məqsədlərini ifadə edirdi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi analitik Aqşin Kərimov deyib.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalı regionda bir sıra mümkün ssenariləri gündəmə gətirib. Xüsusilə də proseslər fonunda Azərbaycanın, regionun aparıcı ölkələrindən biri kimi, tutacağı mövqe diqqətlə izlənir.

Siyasi analitik qeyd edib ki, ehtimal ki, ABŞ ilə İran arasında Omanda baş tutacaq nüvə danışıqları diplomatik və siyasi uğursuzluqla nəticələnərsə, İranın nüvə obyektlərinə qarşı əməliyyatlara start verilə bilər.

“Lakin bunun birbaşa hərbi eskalasiya səviyyəsində təzahür edəcəyi az proqnozlaşdırılabiləndir. Çünki İrana qarşı uzunmüddətli müharibə və aviazərbələr möhkəm və davamlı səylər tələb edir. Bu mənada ABŞ və İsrailin səylərinin ümumiyyətlə uzunmüddətli əməliyyat ssenarisinə uyğunlaşdırılması ehtimalları zəifdir. Üstəlik, İrana qarşı hərbi əməliyyatlar zamanı Tehranın hansı cavab tədbirləri görəcəyi və gizlədiyi hansı silahları üzə çıxaracağı riskləri ABŞ və İsraili narahat edə bilər. Hərçənd ki, İran geosiyasi aktor indeksində əhəmiyyətli dərəcədə geriləyib və onun strateji olaraq qalibiyyət qazanmaq şansları aşağıdır. Lakin Vaşinqton və Təl-Əviv maksimum şəkildə İrana qarşı gözlənilən əməliyyatların yorucu həddə yaxınlaşmadan nəticə doğurmasını planlaşdırırlar. Ümumilikdə İranla eskalasiya konteksti Yaxın Şərq, Avropa və Cənubi Qafqazı misli görünməmiş təhlükəli geosiyasi zonaya çevirən gücə malikdir. Azərbaycanın məqsədləri bu risklərdən minimum zərərlə çıxmaq konsepsiyası üzərində qurulub və ehtimal ki, hazırda İran məsələsindəki dinamikalar Azərbaycanda bağlı qapılar arxasında ciddi müzakirə mövzularından birinə çevrilib. Birinci növbədə Azərbaycan İranın heç vaxt nüvə silahı əldə etməmək üçün diplomatik-siyasi səylər məqsədlərini dəstəkləyir. İkinci, Azərbaycan hərbi əməliyyatlar risklərində belə İrana qarşı cəbhə rolunu oynamayacağına dair təminatları gündəmə gətirir. Bu mənada, İranın öz təhlükəsizlik narahatlıqlarından dolayı Azərbaycana strateji ehtiyacı yaranır”.

Siyasi analitik sonda əlavə edib ki, İranın son zamanlar Azərbaycanla isti münasibətlər sərgiləməsinin daha geniş səbəbi, ABŞ və İsrailin mövqeyi, eləcə də Azərbaycanın İrana görə tərəfdaşları ilə müzakirə aparmaq bacarığı ilə əlaqədardır:

“Hər halda, indi dünya ABŞ ilə İran arasında Omanda baş tutacaq görüşü və onun nəticələrini böyük maraqla gözləyir. Bu görüşdə isə razılıq əldə olunması ehtimalı azdır, lakin sonrakı danışıqlar üçün yaxşı bir vasitədir. Ona görə də, Omandakı görüşdən sonra da İranla ABŞ-İsrail müttəfiqliyi bir-birlərinə qarşı beynəlxalq rəyə, təhlükəsizlik mühitinə təsir etmək üçün mürəkkəb psixoloji əməliyyatları davam etdirəcək”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 08 Aprel 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see229

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see207

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see185

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see170

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see136

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see135

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see133

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see124

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see123

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri