Icma.az
close
up
RU
Статья не опубликована
ABŞ İrana qarşı hərbi əməliyyatlar başlatmağa hazırlaşır Siyasi şərhçi

ABŞ İrana qarşı hərbi əməliyyatlar başlatmağa hazırlaşır Siyasi şərhçi

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

“Birləşmiş Ştatlar, İrana qarşı mümkün təzyiqləri daha da artırmağı nəzərdən keçirir. Vaşinqton Tehranı, Amerika Birləşmiş Ştatları ilə münasibətlərində, daha doğrusu, siyasətində dəyişikliklər etməyə və beləliklə iki ölkə arasındakı münasibətləri fərqli bir məcrada davam etdirməyə çağırır. Bu, həm də ABŞ-ın maraqlarına uyğun olaraq, İranın əvvəlki dövrlərdən fərqli olaraq kəskin mövqe nümayiş etdirməməsini təmin etmək məqsədi güdür. Trampın Xameneyə göndərdiyi məktubun da bu məqsədə xidmət etdiyi düşünülür. Lakin, məlum olduğu kimi, İran daxilində mühafizəkar qanad, xüsusilə Sepah daxilində radikal qruplar, ali dini liderə qarşı kəskin mövqe nümayiş etdirir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Siyasi şərhçi qeyd edib ki, Amerika Birləşmiş Ştatları və Qərblə münasibətləri normallaşdırmağa çalışan İranın prezidentinə qarşı ciddi təzyiqlər mövcuddur.

“Son zamanlarda Pezeşkianın istefa ərizəsini ali liderə təqdim etməsi və bunun qəbul edilməsi də bunun bir nəticəsidir. Pezeşkian, islahatlar həyata keçirmək və Qərblə münasibətləri normallaşdırmaq istiqamətində addımlar atmağa çalışırdı. Lakin, görünür, bu hədəflərə nail ola bilməyib və Sepah, proksilərə dəstək verməyə davam edir. Suriyada baş verən son proseslər, xüsusən də Yeni Əsəd qüvvələrinin Şar hökumətinə qarşı təxribat törətməsi, Sepahın burada rolu olduğunu göstərir. Məqsəd Suriyada vəziyyəti daha da gərginləşdirmək və İranın təsirini artırmaqdır. Bu, həmçinin Hizbullahla əlaqələrin bərpa olunmasına və İranın Suriyadakı hərbi varlığının gücləndirilməsinə xidmət edir. Lakin bu, nə Türkiyə, nə də Suriya hökumətinin, həmçinin Birləşmiş Ştatların maraqları ilə uyğunlaşmır. Birləşmiş Ştatlar, İranın daxilindəki proksilərə dəstəyini artırmağa çalışan və İranın ənənəvi siyasətinin davam etməsində maraqlı olan qüvvələrə qarşı hərbi əməliyyatlar başlatmağa hazırlaşır. Xüsusilə, Husilərə qarşı atılan addımların arxasında da bu məsələ dayanır. Hizbullahın vəziyyəti çox gərgin olub və həm Suriya, həm də İsrail tərəfindən blokadada saxlanılır. Birləşmiş Ştatlar üçün ən prioritet məsələlərdən biri, iqtisadi problemləri həll etməkdir. İnflyasiya və digər iqtisadi çətinliklər səbəbindən Birləşmiş Ştatlar müharibələrə daha az müdaxilə etməyə çalışır”.

Siyasi şərhçi sonda əlavə edib ki, Tramp administrasiyasının məqsədi Rusiya ilə münasibətləri normallaşdırmaq, Ukrayna məsələsində isə təzyiq yaradaraq faydalı qazıntıları ABŞ-ın nəzarətinə keçirməkdir:

“Bu, həmçinin Çinlə iqtisadi mübarizə üçün daha yaxşı imkanlar yaratmağa kömək edəcək. Bu səbəbdən, İranla bağlı hərbi əməliyyatlar başlatmaq, Vaşinqtonun əsas prioriteti deyil. Bunun əvəzinə, ABŞ, İran daxilindəki radikal qüvvələri zərərsizləşdirərək, İranı danışıqlara cəlb etməyə çalışacaq. Bu da ABŞ-ın məqsədinə uyğun bir yanaşmadır. Beləliklə, yaxın gələcəkdə, yalnız proksilərə qarşı ciddi addımların atılması ehtimalı mövcuddur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Mart 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri