Oman millisi ilə oyunun qəhrəmanı: “Ayxan Abbasovdan dəvət gəlsə, çox sevinərəm”
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Şimal"ın futbolçusu Niyazi Osmanov Sport24.az-a müsahibə verib. O, ilk dəfə dəvət aldığı Azərbaycan U-21 millisində keçirdiyi 2 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmasından danışıb.
- Yığmadakı abu-hava necə idi, komandaya uyğunlaşmaq baxımından çətinlik yaşamadın?
- U-21-in düşərgəsində yüksək ab-hava var. Gündən-günə bir-birimizə daha yaxından uyğunlaşır, meydanda anlaşmamızı daha da yaxşılaşdırırıq. Hər məşqdə və oyunda bir-birimizlə yaxından tanıyır, yüksək səviyyədə anlaşırıq.
- Millidə keçirdiyin iki oyunda 3 qol vurub 1 məhsuldar ötürmə ilə yadda qaldın. Belə debüt gözləyirdin?
- Bəli, millidə debütüm gözlədiyimdən də yaxşı alındı. Qollar vurduğum üçün çox xoşbəxtəm. Bu çıxışım mənə əlavə motivasiya verir. Daha çox çalışmalı, üzərimdə işləməli və gələcək oyunlarda da komandama fayda verməyə davam etməliyəm.
- Sənin bu göstəricin Birinci Liqada çıxış edən digər futbolçular üçün də motivasiya ola bilərmi?
- Bəli, düşünürəm ki, bu, digər uşaqlar üçün də motivasiya olacaq. Onlar da çox çalışaraq özlərini göstərmək və milliyə dəvət almaq üçün əllərindən gələni edəcəklər.
- Yəqin ki, gələcəkdə əsas millinin baş məşqçisi Ayxan Abbasovdan dəvət gözləyirsən?
- Əsas millidən dəvət almaq hər bir futbolçunun arzusudur. Mən də bunun üçün daha çox çalışmalı, özümü meydanda sübut etməliyəm. Ayxan Abbasovdan dəvət gələrsə, çox sevinərəm.
- Hazırda I Liqada mübarizə aparan "Şimal"ın formasını geyinirsən. Necə düşünürsən, U-21-də göstərdiyin performansla elita klublrının diqqətini cəlb edə bildin?
- Təbii ki, mən də başqaları kimi daha yüksək səviyyədə, Premyer Liqada oynamaq istəyirəm. Açığı, çox istərdim ki, legioner həyatı yaşayım. Təbii ki, bunun üçün ilk növbədə elita klubunun formasını geyinməliyəm. Ümid edirəm hansısa klubların maraq dairəsinə düşə bildim. Məncə, yığmada özümü yaxşı tərəfdən göstərəcəyim halda istəyimə çatacam.
Baxış sayı:50
Bu xəbər 18 Noyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















