Icma.az
close
up
RU
Ombudsman Ciddədə İƏT MDİHKnin 24cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib

Ombudsman Ciddədə İƏT MDİHKnin 24cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib

Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq.

"Operativ Media" xəbər verir ki, tədbirdə “İslam ölkələrində sağlamlıq hüququ – İqlim ədaləti və Ombudsman təsisatlarının rolu” mövzusunda çıxışı zamanı Müvəkkil hazırda dünyanın bir çox bölgələrində, o cümlədən islam ölkələrində iqlim dəyişmələrinin insanların sağlamlıq hüquqlarından istifadə etmələrinə maneə yaratdığını və əhalinin həssas qruplarına mənfi təsir göstərdiyini bildirib. Bəzi islam ölkələrində baş verən silahlı münaqişələrin də həmin şəxslərin sağlamlıq hüququnun təmininə ciddi təsir göstərdiyini qeyd edən Ombudsman münaqişə zonalarında belə səhiyyə xidmətlərinin əlçatanlığının, uşaqların və qadınların əsas sağlamlıq xidmətlərindən istifadəsinin təmin edilməsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Müvəkkil mövcud çağırışlar fonunda hər kəsin sağlamlıq hüquqlarının bərabər imkanlarla təmini istiqamətində daha səmərəli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, müvafiq sahədə fəaliyyəti barədə məlumat verərək, ölkəmizdə insan hüquqlarının qorunması haqqında illik məruzələrində həmin hüquqlarının təmini istiqamətində bir sıra tövsiyələr irəli sürdüyünü qeyd edib.

Ombudsman iqlim dəyişmələri ilə mübarizə sahəsində Azərbaycanda bir sıra əhəmiyyətli islahatların həyata keçirildiyini, eləcə də ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyini bildirib.

Ekoloji cinayətlərin insanların sağlamlığına təsirindən danışan S.Əliyeva Ermənistanın ərazilərimizdə törətdiyi ekoloji cinayətlərdən bəhs edib. Müvəkkil işğal müddətində Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə törətdiyini, onların öz doğma yurdlarına təhlükəsiz qayıdışına maneə yaratdığını, Birinci Qarabağ müharibəsindən bu günə qədər 3 400-dən çox şəxsin mina qurbanı olduğunu diqqətə çatdırıb.

Ombudsman otuz ilə yaxın işğal müddətində ərazilərimizdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su hövzələrinin zərərli maddələrlə çirkləndirildiyini bildirib. Müvəkkil, həmçinin istismara yararsız olmasına baxmayaraq fəaliyyətini davam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini də qeyd edib.

S.Əliyeva beynəlxalq ictimaiyyəti sağlam ətraf mühitdə yaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganə qalmamağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 24 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri