Icma.az
close
up
RU
Ombudsman Ciddədə İƏT MDİHKnin 24cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Ombudsman Ciddədə İƏT MDİHKnin 24cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva noyabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) 24-cü sessiyası çərçivəsində "Sağlamlıq hüququ: İslam və insan hüquqları kontekstində" mövzusunda təşkil olunmuş tematik müzakirələrdə iştirak edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirdə "İslam ölkələrində sağlamlıq hüququ - İqlim ədaləti və Ombudsman təsisatlarının rolu" mövzusunda çıxışı zamanı Müvəkkil hazırda dünyanın bir çox bölgələrində, o cümlədən islam ölkələrində iqlim dəyişmələrinin insanların sağlamlıq hüquqlarından istifadə etmələrinə maneə yaratdığını və əhalinin həssas qruplarına mənfi təsir göstərdiyini bildirib. Bəzi islam ölkələrində baş verən silahlı münaqişələrin də həmin şəxslərin sağlamlıq hüququnun təmininə ciddi təsir göstərdiyini qeyd edən Ombudsman münaqişə zonalarında belə səhiyyə xidmətlərinin əlçatanlığının, uşaqların və qadınların əsas sağlamlıq xidmətlərindən istifadəsinin təmin edilməsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Müvəkkil mövcud çağırışlar fonunda hər kəsin sağlamlıq hüquqlarının bərabər imkanlarla təmini istiqamətində daha səmərəli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, müvafiq sahədə fəaliyyəti barədə məlumat verərək, ölkəmizdə insan hüquqlarının qorunması haqqında illik məruzələrində həmin hüquqlarının təmini istiqamətində bir sıra tövsiyələr irəli sürdüyünü qeyd edib.

Ombudsman iqlim dəyişmələri ilə mübarizə sahəsində Azərbaycanda bir sıra əhəmiyyətli islahatların həyata keçirildiyini, eləcə də ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyini bildirib.

Ekoloji cinayətlərin insanların sağlamlığına təsirindən danışan S.Əliyeva Ermənistanın ərazilərimizdə törətdiyi ekoloji cinayətlərdən bəhs edib. Müvəkkil işğal müddətində Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə törətdiyini, onların öz doğma yurdlarına təhlükəsiz qayıdışına maneə yaratdığını, Birinci Qarabağ müharibəsindən bu günə qədər 3 400-dən çox şəxsin mina qurbanı olduğunu diqqətə çatdırıb.

Ombudsman otuz ilə yaxın işğal müddətində ərazilərimizdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su hövzələrinin zərərli maddələrlə çirkləndirildiyini bildirib. Müvəkkil, həmçinin istismara yararsız olmasına baxmayaraq fəaliyyətini davam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini də qeyd edib.

S.Əliyeva beynəlxalq ictimaiyyəti sağlam ətraf mühitdə yaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganə qalmamağa çağırıb.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Noyabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri