Icma.az
close
up
RU
Ombudsman tərəfindən COP29 çərçivəsində interaktiv müzakirə təşkil olunub AzPolitika onlayn siyasiictimai qəzet

Ombudsman tərəfindən COP29 çərçivəsində interaktiv müzakirə təşkil olunub AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə təşkil edilib.

Müzakirədə Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) katibliyinin nümayəndəsi Karolina Krittin, Hondurasın İnsan Hüquqları üzrə Müvəkkili təsisatının icraçı direktoru Zabdi Abigail Kanales Funes, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva COP29 kimi mühüm qlobal tədbirə ev sahibliyi edən Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Müvəkkil bu istiqamətdə görülən işlərdən danışaraq, Azərbaycanda 2030-cu ilə qədər sosial-iqtisadi inkişafın beş milli prioritetindən birinin “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edildiyini, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonaları kimi müəyyən olunduğunu qeyd edib.

Səbinə Əliyeva ombudsman və milli insan hüquqları institutlarının iqlim ədalətinin təmin edilməsində, sağlam ətraf mühit hüququnun və iqlim dəyişikliyindən təsirlənən həssas qrupların hüquqlarının qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Müvəkkil iqlim dəyişikliyi ilə mübarizə sahəsində milli və beynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsinin, bu problemin insanlara hüquqi, sosial və iqtisadi təsirləri barədə məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb və hər kəsi həmrəylik nümayiş etdirməyə, təcili tədbirlərin görülməsi istiqamətində birgə əməkdaşlığa çağırıb.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Beynəlxalq insan haqları hüququ və BMT sistemi üzrə ekspert Afərin Şahidzadə və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov çıxış ediblər. Tədbirdə iqlim dəyişikliyinin ən çox təsir göstərdiyi həssas qrupların müdafiəsi, ətraf mühitin mühafizəsinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması, iqlim ədalətinin təmin edilməsində ombudsman təsisatlarının rolunun gücləndirilməsi imkanları və digər müvafiq məsələlər barədə ekspertlərin məruzələri dinlənilib, iqlim dəyişikliyinin insan hüquqlarına təsiri, mövcud problemlər və onların həll yolları, əldə edilmiş müsbət təcrübələr, həmçinin müvafiq sahələr üzrə interaktiv müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see299

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see233

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see157

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see150

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see142

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see136

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see131

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see130

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see128

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see126

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see122

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri