Icma.az
close
up
RU
“Azərbaycan cüdosunun inkişaf potensialı çox yüksək olaraq qalır” Kosei İnouenin ə EKSKLÜZİV MÜSAHİBƏSİ

“Azərbaycan cüdosunun inkişaf potensialı çox yüksək olaraq qalır” Kosei İnouenin ə EKSKLÜZİV MÜSAHİBƏSİ

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kosei İnouenin adı dünya üzrə cüdo sevərlərə yaxşı tanışdır. Sidney Olimpiadasının çempionu, ikiqat dünya çempionu olan idmançının karyerası uğurla inzibati istiqamətdə davam edib. O, Yaponiya Cüdo Federasiyasının (AJJF) İcraiyyə Komitəsinin və ölkəsinin Milli Olimpiya Komitəsinin üzvü, eyni zamanda Beynəlxalq Cüdo Federasiyasının (IJF) idman direktorudur. Dünya cüdosunun əfsanəsi İdman.Biz-ə verdiyi müsahibədə mövsümün yekunlarını dəyərləndirib, Bakıda keçiriləcək dünya çempionatından gözləntilərini bölüşüb və bir çox digər məsələlərdən danışıb.

– Tokida keçirilən Böyük Dəbilqə turniri ənənəvi olaraq mövsümü yekunlaşdırdı və meydan sahibləri 37 medal qazandı, onlardan 11-i qızıl oldu. Demək olarmı ki, Yaponiya millisi ideal formadadır?

– Tokio turniri həmişə yapon komandası üçün xüsusi əhəmiyyət daşıyır. Yarış evdə keçirilir və idmançılar böyük motivasiya ilə çıxış edirlər. Nəticə, şübhəsiz ki, təsirlidir, lakin mən yalnız bir starta əsaslanaraq nəticə çıxarmazdım. Biz düzgün istiqamətdə irəliləyirik, bu faktdır. Amma cüdo daim inkişaf edir, rəqabət getdikcə daha da sərtləşir. Bizim vəzifəmiz təkcə yüksək səviyyəni qorumaq deyil, həm də gələn ilin əsas çağırışlarına hazır olmaq üçün inkişafı davam etdirməkdir.

– Nəzərə alsaq ki, növbəti mövsümün əsas yarışı Bakıda keçiriləcək, heyətin konturları artıq müəyyənləşibmi?

– Bilirsiniz ki, Yaponiyada həmişə güclü idmançı seçimi var. Heyətin konturları doğrudan da formalaşmağa başlayır, lakin yekun qərarları yalnız beynəlxalq yarışlar seriyasının və daxili seçimlərin təhlilindən sonra veririk. Əsas prinsip obyektivlik və seçimdə dürüstlükdür. Yaponiya sistemi elə qurulub ki, tatamiyə həmin an ən güclü olan idmançı çıxır, titul və reqaliyalarından (rütbə, fəxri ad, nişan və ya yüksək statusu göstərən rəsmi atribut) asılı olmayaraq.

– Şübhəsiz ki, IJF-in idman direktoru vəzifəniz Bakıya səfərlərin tez-tez olacağı anlamına gəlir. Dünya çempionatının hazırlığında fəal iştirak etməyi planlaşdırırsınızmı?

– Bəli, əlbəttə. IJF-də beynəlxalq turnirlərin idman hissəsinə cavabdehəm və dünya çempionatı əsas layihələrdən biridir. Azərbaycan Cüdo Federasiyası ilə birlikdə turnirin ən yüksək səviyyədə təşkili üçün sıx əməkdaşlıq edirik. Bakı artıq dünya miqyaslı yarışların paytaxtı kimi özünü təsdiqləyib. Əminəm ki, dünya çempionatı təkcə region üçün deyil, bütün dünya cüdosu üçün parlaq hadisə olacaq.

– Azərbaycanda cüdosunun inkişafını necə qiymətləndirirsiniz? Sizcə, bizim məktəbi fərqləndirən nədir?

– Azərbaycan cüdo məktəbi güclü fiziki hazırlıqla yüksək emosional gərginliyi birləşdirir. Sizin idmançılar həmişə xarakter və qələbə iradəsi nümayiş etdirirlər – bunu həm gənclər səviyyəsində, həm də əsas milli komanda səviyyəsində görmək olar. Federasiyanın işini də qeyd edərdim: gənclərin sistemli hazırlanması, müasir məşq mərkəzləri, məşqçi heyətinə diqqətli münasibət. Azərbaycan stabil şəkildə cüdo üzrə ən güclü ölkələr sırasında yer alır və mənim fikrimcə, inkişaf potensialı çox yüksək olaraq qalır.

– Yaponiya həmişə Olimpiya çempionları ilə tanınıb. Tadahiro Nomura üç dəfə bu titulu qazanıb, Hifumi Abe isə Los-Ancelesdə üçüncü qələbəyə ümid edir. Sizcə, o, böyük həmyerlisini medalların sayına görə yaxalaya biləcəkmi?

– Nomuranın hekayəsi unikaldır. Üç Olimpiya qızılı – bu, istedadın, nəhəng zəhmətin və inanılmaz sabitliyin nəticəsidir. Hifumi Abe ən yüksək səviyyəli idmançıdır. Onun texniki arsenalı, çempion psixologiyası və böyük qələbə istəyi var. Üçüncü dəfə qalib gələ bilərmi? Bəli, bu mümkündür. Amma Olimpiya xüsusi turnirdir, burada hər saniyə görüşün taleyini dəyişə bilər. Ona sağlamlıq, aydın düşüncə və özünə inam arzulayıram. Qalanını o özü bacarır.

– Siz bütün həyatınızı cüdoya həsr etmisiniz. Bu gün cüdo sizin üçün nə ifadə edir?

– Mənim üçün cüdo sadəcə idman deyil. Bu, insanı formalaşdıran bir yoldur. O, hörmət, təvazökarlıq, məsuliyyət və özünü aşmaq bacarığını öyrədir. Cüdo mənə hər şeyi verib: dünyagörüşü, dostlar, cəmiyyətə xidmət etməyin mənası. Bu gün idarəetmə, idmanın inkişafı və gənc idmançıların dəstəklənməsi ilə məşğul olaraq, vaxtilə aldığımı geri qaytarmaq istəyirəm. Karyeram boyu son dərəcə motivasiyalı olmuşam və uğur qazanmağı çox istəmişəm. Cüdonun mənası mənim üçün sadəcə qazanmaq və ya uduzmaq deyil. O, daim özünü və cəmiyyəti təkmilləşdirmək, ona bacardığın hər şeyi verməkdir. Bu iki istiqaməti – özünü və cəmiyyəti inkişaf etdirməyi – cüdonun banisi Ciqoro Kano da vurğulayıb. Mən cüdo ilə məşğul olanda bu iki dəyər həmişə qəlbimdə olur.

Zəki Feyzullayev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri