Icma.az
close
up
RU
Ombudsman: Vergi siyasəti hüquqi dövlətin əsas komponentlərindən biridir

Ombudsman: Vergi siyasəti hüquqi dövlətin əsas komponentlərindən biridir

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Ombudsman tədbirdə giriş nitqi ilə çıxış edərək vergi siyasətinin iqtisadi sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynadığını və hüquqi dövlətin, demokratik cəmiyyətin əsas komponentlərindən biri olduğunu qeyd edib. Müvəkkil dövlət müstəqilliyimizin bərpasından sonra vergi sisteminin təkmilləşdirilməsi və dayanıqlı inkişaf etdirilməsi istiqamətində kompleks islahatların həyata keçirildiyini bildirərək, bu islahatların insan hüquq və azadlıqlarının daha səmərəli təmininə xidmət etdiyini diqqətə çatdırıb.

Ombudsman vergi ödəyicilərinin, habelə vergi münasibətlərinin digər iştirakçılarının hüquqlarının daha səmərəli müdafiəsi və pozulmuş hüquqların bərpası, vergi sahəsində şəffaflığın artırılması və azad sahibkarlıq hüququnun təmini istiqamətində Ombudsman Aparatı ilə Dövlət Vergi Xidməti arasında əməkdaşlığın mövcud olduğunu bildirib. Bu əməkdaşlığın, həmçinin BMT-nin “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər”inin ölkə üzrə implementasiyası və sahəvi milli fəaliyyət proqramının hazırlanması üzrə fəaliyyəti də əhatə etdiyi qeyd olunub.
Səbinə Əliyeva Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən Dövlət Vergi Xidmətinin Müvəqqəti Saxlama Yerinə başçəkmələrin həyata keçirildiyini, saxlanma şəraitinin, rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırıldığını diqqətə çatdırıb.

Eyni zamanda, insan hüquq və azadlıqlarının daha səmərəli təmini məqsədilə Ombudsman Aparatı tərəfindən mütəmadi olaraq normativ hüquqi aktların monitorinqinin həyata keçirildiyi, ötən illər ərzində Ombudsmanın Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, habelə bu sahədə digər normativ sənədlərin təkmilləşdirilməsinə də öz töhfəsini verdiyi qeyd edilib.
Ombudsman vergi ödəyicilərinin, habelə vergi münasibətlərinin digər iştirakçılarının hüquqlarının müdafiəsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və müraciətlərin daha effektiv araşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə qurumlararası məlumat mübadiləsinin gücləndirilməsinin qarşıya qoyulmuş məqsədlərə ən yüksək səviyyədə nail olmağa imkan verəcəyini bildirib.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri