Icma.az
close
up
RU
Bu, Bakı Praqa münasibətlərinin əsas komponentlərindən biridir Deputat

Bu, Bakı Praqa münasibətlərinin əsas komponentlərindən biridir Deputat

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının baş naziri Andrey Babiş arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə münasibətlərinin dinamik inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, bu görüşlər çərçivəsində siyasi- iqtisadi və strateji əhəmiyyət kəsb edən məsələlər geniş şəkildə müzakirə olunub.

"Dövlətimizin başçısı vurğulayıb ki, bizim indi çox fəal siyasi dialoqumuz var. Aparılan müzakirələrin məzmunu və əhatə dairəsi əməkdaşlığın gələcək inkişafına əlverişli zəmin yaradır. Görüşdə yalnız ikitərəfli münasibətlər deyil, eyni zamanda regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər münasibətləri daha geniş kontekstdə qiymətləndirir və əməkdaşlığı yalnız konkret sahələrlə məhdudlaşdırmaq niyyətində deyil.

İqtisadi sahə görüşlərin əsas istiqamətlərindən biri olub, ölkəmizə gələn Çexiya iş adamlarının iştirakı ilə keçirilən biznes forum yeni əlaqələrin qurulması və mövcud layihələrin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir. Hazırda ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması olduqca müsbət göstəricidir. Bu baxımdan tərəflər iqtisadi əlaqələrin daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsi məqsədilə konkret təklifləri müzakirə ediblər. Sərmayə qoyuluşu və qeyri-neft sektorunda birgə layihələrin reallaşdırılması bu istiqamətdə əsas prioritetlərdən biri kimi çıxış edir.

Energetika sektoru Azərbaycan–Çexiya münasibətlərinin əsas komponentlərindən biri olaraq qalır. Azərbaycan neftinin uzun illər Çexiyaya ixrac edilməsi tərəflər arasında formalaşmış etibarlı tərəfdaşlıq modelinin göstəricisidir. Eyni zamanda, ölkəmizin enerji resurslarını dünya bazarlarına çıxaran etibarlı tərəfdaş kimi tanınması, xüsusilə Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilməsi bu sahədə əməkdaşlığın strateji əhəmiyyətini artırır. Azərbaycan qazının 16 ölkəyə ixrac edilməsi və onlardan 10-nun Avropa İttifaqına üzv olması unikal enerji əməkdaşlığının bariz nümunəsidir. Bu kontekstdə tərəflər enerji sahəsində əməkdaşlığa daha geniş və uzunmüddətli yanaşma sərgiləyir.

Görüşdə diqqət çəkən mühüm istiqamətlərdən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıq olub. Çexiyanın bu sahədəki təcrübəsi və Azərbaycanın artan istehsal imkanları birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlıq yalnız müdafiə sahəsində deyil, ümumilikdə sənaye sektorunun inkişafına da töhfə verəcəkdir. Dövlətimizin başçısı bildirib ki, biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir: “Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.

Görüşdə digər sahələr üzrə də əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təşəbbüslər nəzərdən keçirilib. Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi və yaxın zamanda növbəti görüşlərin keçirilməsi planları əlaqələrin daha sistemli şəkildə inkişafına xidmət edəcəkdir. Bütün bu məqamlar Azərbaycan–Çexiya münasibətlərinin artıq çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etdiyini və qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıq istiqamətində irəlilədiyini əks etdirir.

Görüşlərdə qeyd olunan fikirlər Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələdə siyasi dialoq, iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq elementləri üzərində qurulduğunu nümayiş etdirir. Bu münasibətlər modeli qarşıdakı dövrdə daha geniş sahələri əhatə edərək davamlı inkişaf edəcək və iki dövlət arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəkdir". 
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Aprel 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri