Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Gürcüstan Ombudsman Aparatının hesabatında milli azlıqların əsas problemləri

Gürcüstan Ombudsman Aparatının hesabatında milli azlıqların əsas problemləri

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstan Xalq Müdafiəçisi orqanının 2024-cü ilə aid "Gürcüstanda İnsan Haqları və Azadlıqlarının Qorunması Vəziyyətinə dair" hesabatı cari ayda ictimaiyyətə təqdim olunub. Hesabatda 2024-cü ildə milli azlıqların müdafiəsi və vətəndaş inteqrasiyası sahəsində mövcud problemlər nəzərdən keçirilib. Hesabatda öz əksini tapan məlumatların məktəbəqədər və ümumtəhsil, tibb, habelə penitensiar müəssisələri, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirilən görüşlər əsasında toplandığı bildirilib.

Məlumatların təhlilində göstərilir ki, milli azlıq nümayəndələri arasında dil və informasiya baryerləri bir çox sahələrdə əsas maneə olaraq qalmaqdadır. Bundan başqa, 2023-cü illə müqayisədə ikidilli tədris proqramlarınını tətbiq olunduğu məktəbəqədər və ümumtəhsil müəssisələrinin sayında artım müşahidə olunmayıb. Lakin 2024-cü ildə dövlət dilinin öyrədilməsinin təkmilləşdirilməsi məqsədilə tədris resurslarının yenilənməsi, həmçinin ikidilli tədris üzrə mütəxəssislərin ixtisasartırması prosesi davam etdirilib. Hesabatda bildirilib ki, milli azlıqların tam vətəndaş inteqrasiyasının təmin olunması üçün dövlət dilinin öyrənilməsi həm məktəbəqədər, həm də ümumtəhsil mərhələsində gücləndirilməlidir. Eyni zamanda ikidilli tədrisin coğrafi miqyası genişləndirilməli, zəruri olduqda ikidilli dərsliklər hazırlanmalı, müvafiq tədbirlər həyata keçirilməlidir.

Deyilənlərlə paralel olaraq milli azlıqların məlumatlandırılmasının məşğulluğa dəstək proqramları, həmçinin digər ictimai xidmətlərə, mediaya əlçatanlığı baxımından mühüm əhəmiyyət daşıdığı söylənilib. Hesabatda qeyd olunub ki, milli azlıqların mədəniyyətinin təşviqi məqsədilə həyata keçirilən tədbirlərin sayı da kifayət qədər olmayıb, mədəni əhəmiyyətə malik tikililərin vəziyyəti problem olaraq qalıb. Xüsusilə Azərbaycan Dram Teatrının bərpası 2024-cü ildə həyata keçirilməyib. Təəssüf ki, milli azlıqlar arasında qarşıdurmaların qarşısının alınması və icmalararası dialoqun gücləndirilməsi məqsədilə uzunmüddətli planın hazırlanmasına dair Xalq Müdafiəçisinin tövsiyəsi də 2024-cü ildə icra olunmayıb.

Milli azlıqlar arasında məşğulluğun təşviqi

Bəhs olunan hesabatda qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, milli azlıq nümayəndələrinin dövlət xidmətində məşğulluğuna dair hökumət tərəfindən statistik məlumatlar toplanılmayıb. Milli azlıqların sıx yaşadığı bölgələrdə dövlət qulluqçularının etnik məsubiyyəti ilə bağlı məlumatların yığılması təcrübəsinin olmasına baxmayaraq, bu cür məlumatlar mərkəzi səviyyədə toplanılmır. Etibarlı statistik məlumatların əlçatanlığının təminatı milli azlıqların fəaliyyət səviyyəsinin öyrənilməsi baxımından əhəmiyyət daşısa da, Vətəndaş Bərabərliyi və İnteqrasiya üzrə Dövlət Nazirinin Aparatı istisna olmaqla mərkəzi icra hakimiyyəti orqanlarında milli azlıq nümayəndələri çox nadir hallarda, yaxud ümumiyyətlə təmsil olunmurlar. Ninotsminda bələdiyyəsi istisna olmaqla milli azlıqların sıx yaşadığı bələdiyyələrdə də təmsilçilik göstəricisi olduqca aşağıdır. Məşğulluğun təşviqi məsələsində də milli azlıqlara yönəlmiş konkret proqramlar həyata keçirilməyib. 

Ölkədə peşə ixtisas artımına yönələn proqramların mövcud olmasına baxmayaraq, milli azlıqlara məxsus ehtiyaclara xüsusi diqqət yetirilmədiyindən bu amil əmək bazarındakı rəqabətə də birbaşa təsirsiz ötüşmür. Bu problemin aradan qaldırılması üçünsə iş axtaranların rəqabət qabiliyyəti artırılmalı, məşğulluq xidmətləri barədə azlıqların yaşadığı coğrafi regionlar nəzərə alınmaqla onların dilində məlumatlandırılma aparılmalıdır. Hesabatda görülən tədbirlər sırasında Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbində həyata keçirilən dövlət dilinin öyrənilməsi proqramı, həmçinin Rustavi və Axaltsixe regional xidmət mərkəzlərində məşğulluğa dəstək xidmətlərinin Azərbaycan və erməni dillərində olması vurğulanıb.

İctimai xidmətlərə çıxış

Hesabatda milli azlıqların ictimai fəaliyyətinə əngəl kimi yenə də əsas dil baryerinin olduğu göstərilib. Qeyd olunub ki, milli azlıqların nümayəndələri müraciət ərizələrini gürcü dilində yaza bilmədiklərindən müxtəlif proqramlarda iştirakdan kənarda qalırlar. Sadəcə Dmanisi, Axalkalaki və Ninotsminda bələdiyyələrinin rəsmi internet səhifələrinin müvafiq dillərə tərcüməsinin təşkil edildiyi göstərilib. Həmçinin tibb müəssisələrində dil baryeri ucbatından xəstələrlə tibb işçiləri arasında effektiv ünsiyyətin qurulmasında müvafiq çətinliklərin olduğu da qeydə alınıb.

Təhsil sahəsi

Xalq Müdafiəçisi Aparatının bildirdiyinə görə, milli azlıqların tamhüquqlu vətəndaş olaraq təhsil alması üçün ölkədə ikidilli tədris əsas şərtlərdəndir. Hesabatda göstərilir ki, 2022-ci illə müqayisədə 2023-cü ildə ikidilli tədris modelinin tətbiq olunduğu məktəbəqədər təhsil müəssisələrinin sayı 14 vahid artsa da, bu tendensiya növbəti ildə davam etməyib. Ümumilikdə Gürcüstanda 65 dövlət məktəbəqədər müəssisədən sadəcə 34-ü ikidilli olaraq fəaliyyət göstərir. Məktəbəqədər müəssisələrdə əsas mövcud problem kimi 2 əsas nüans qeyd edilib ki, bunlardan birincisi kadr çatışmazlığı, digəri isə müəssisələrin ərazi baxımından əlçatanlığı ilə bağlıdır.

Ümumtəhsil məktəblərinin sayı ilə bağlı hesabatda təqdim olunan 2022-2023-cü tədris ilində ikidilli tədris proqramının tətbiq olunduğu məktəb sayı 41 olaraq göstərilirdisə, 2023-2024-cü il üçün bu rəqəm artaraq 184 olsa da, bu artım 2024-2025-ci tədris ili üçün qorunmamış və say 169-a düşmüşdür. Ümumtəhsil məktəbləri üçün əsas problemlər ikidilli dərs vəsaitlərinin olmaması və müəllimlərin pedaqoji təlimlər ala bilməməsi ilə bağlıdır. İkinci məsələdə diqqətçəkən məqam təlimçi ilə müəllimin qarşılıqlı olaraq dil problemi səbəbindən bir-birini anlamamaqlarıyla əlaqədardır. Müvafiq olaraq milli azlıqlar üçün məktəb dərslikləri Azərbaycan və Ermənistandan gətirilir. Hesabatda qeyd edilib ki, Azərbaycandan gətirilən dərsliklər yeni olsa da, fərqli təhsil sistemi səbəbindən bir sıra problemlər ortaya çıxır. Erməni və rus dilindəki dərsliklər isə çox köhnə nəşr olduqlarından məzmun baxımından uyğunsuzluq təşkil edirlər.

Ali təhsil sahəsində isə Xalq Müdafiəçisi Aparatının hesabatında qeyd olunur ki, əsas problem gürcü dili hazırlıq proqramı ilə bağlı əhali arasında yanlış məlumatlılığın olmasındadır.

Nəsibə MİRZƏYEVA

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri