Icma.az
close
up
RU
“OMON ÖZBAŞINALIĞI”, YOXSA SİYASİ SİFARİŞ? Rusiyadakı azərbaycanlılar növbəti təxribatlarla üzləşə bilər

“OMON ÖZBAŞINALIĞI”, YOXSA SİYASİ SİFARİŞ? Rusiyadakı azərbaycanlılar növbəti təxribatlarla üzləşə bilər

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yekaterinburqda azərbaycanlılara qarşı edilən vəhşilikdən - onların ailə üzvlərinin gözü qarşısında döyülməsindən, qətlə yetirilməsindən sonra bir daha əmin olursan ki, Rusiya kimi dövlətin bütün sivil dünyada “izqoy” halına salınması, Rusiya vətəndaşlarına məhdudiyyətlər qoyulması, aşağılanması, rus dilinə mənfi münasibət göstərilməsi, ağır sanksiyaların tətbiq edilməsi, Rusiya aktivlərinin müsadirə edilməsi və s. olduqca düzgün hərəkətlərdir. Belə irticaçı, işğalçı, şovinist, başıpozuq dövlətə və mənəviyyatını, insanlığını itirmiş cəmiyyətə qarşı nə edirlərsə, haqq edirlər...

Bu hadisə ilə paralel olaraq, Rusiyanın “Z kanalları” Kadırovun döyüşçülərinin Rusiya hərbi polisinin əməkdaşlarını döyməsi və alçaltmasına dair videogörüntüləri yayıb, qəzəb dolu şərhlər verirlər. Ancaq baxırsan ki, elə “kadırovçular” da bunları alçaltmaqla düz, əcəb edirlər!

“Rus əsgərinin ayağının dəydiyi hər yer Rusiyadır” deyən zehniyyətin idarə etdiyi dövlətdən və cəmiyyətdən bundan artıq nə gözləmək olar ki? Əlbəttə, AZAL-ın təyyarəsinin vurulmasını, onlarla günahsız vətəndaşımızın həlak edilməsi cinayətini ört-basdır etməyə çalışan bir dövlətin 5 azərbaycanlını “kriminal qruplaşmaya qarşı əməliyyat” adı altında qətlə yetirdikdən sonra ədalətli araşdırma aparacağını, öz OMON-undakı cinayətkarları cəzalandıracağını gözləmək sadəlövhlük olar. Artıq Rusiya İstintaq Komitəsi və XİN sözçüsü Mariya Zaxarovanın açıqlamaları göstərir ki, bu iş də ört-badır ediləcək və heç bir adekvat tədbir görülməyəcək. Çünki bu, təkcə Rusiyada artıq uzun illərdir davam edən və Ukraynadakı müharibədən sonra daha da şiddətlənən qeyri-ruslara qarşı nifrət, düşmənçilik siyasətinin, şovinizmin ortaya çıxardığı reallığın, hüquq-mühafizə orqanlarındakı özbaşınalıq və başıpozuqluğun növbəti nümunəsi yox, düşünülmüş təxribat, Azərbaycana qarşı düşmən addımdır.

25 ildən sonra rüşvət alıb bağladıqları cinayət işinin yenidən qaldırılması, polisdən gizlənməyən adamların evlərinə basqın edilib öldürülməsi, əlbəttə ki, təsadüfi hadisə deyil, sifariş olunmuş cinayət və hətta Azərbaycana, azərbaycanlılara qarşı təzyiq formasıdır. Kremlin müxtəlif səbəblərdən Azərbaycandan “yanıqlı olduğu” heç kimə sirr deyil və təəssüf ki, bu cür təxribatların ardının gələcəyini qətiyyən istisna etmək olmaz...

Bu gün sosial şəbəkələrdə Yekaterinburqda baş verən bu açıq repressiya aktına haqq qazandıran, hücuma məruz qalmış ailəni günahlandıran Azərbaycan vətəndaşları - “rusbaşlar” var. Yaxud, bunun Azərbaycanla Rusiyanın arasını vurmağa çalışan hansısa “Kreml qüllələrindən biri” tərəfindən törədilən təxribat olduğunu iddia edənlər var. Ancaq bunların hamısından daha məlumatlı olan və nə baş verdiyini daha yaxşı anlayan Azərbaycan hökumətinin hadisəyə sərt reaksiyası, XİN-in açıqlaması, Rusiya nümayəndəsinin XİN-ə çağırılması və s. bir daha göstərir ki, bu hadisə təsadüfi deyil və onun arxasında siyasi çalarlar var. Nəhayət, yeganə ümid yerimiz olan qardaş Türkiyənin mediasında, kanallarında, siyasətində gecə-gündüz “Rusiya”, “Putin” deyib yaxasını cıranlar, hətta onun Ukraynaya qarşı təcavüzünə haqq qazandıranlar var ki, onlar da Kremlin Azərbaycana və azərbaycanlılara qarşı davranışlarına diqqətlə baxsınlar və nəticə çıxarsınlar...

Cəlal Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 İyun 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri