Icma.az
close
up
RU
“Ömrün ustadları” Lerikin ən uzunömürlü sakini: 95 yaşlı Şahbacı nənə

“Ömrün ustadları” Lerikin ən uzunömürlü sakini: 95 yaşlı Şahbacı nənə

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər insanın ömrü bir hekayədir. Kimi bu hekayəni sürətlə yaşayır, kimi isə illərin hər səhifəsinə hikmət, səbr və sevgi sığdırır. Bəziləri var ki, 100 ilə yaxın, bəzilər də daha çox yaşayır, zamanın şahidi, tarixlərin daşıyıcısına çevrilir. Onlar – uzunömürlü insanlar – təkcə yaşları ilə deyil, topladıqları təcrübə, gördükləri dəyişikliklər və yaşama sənəti ilə də örnəkdirlər.
Modern.az saytı “Ömrün ustadları” rubrikasına start verir. Bu rubrikada oxucuları hər rayonun ən uzunömürlü sakini ilə - ömrün dəyərini bilən, zamanla dost olmuş insanlarla tanış edəcəyik. Onların həyat yolu, sevinci, çətinliyi, ailə dəyərləri, yaşamaq motivasiyası və özlərinəxas həyat fəlsəfələri sizə də ilham verəcək.

Çünki ömür təkcə illərin sayı deyil. Ömür – yaşadığın, yaşatdığın və yaddaşlarda qoyduğun izlərdir.

Buyurun, birlikdə bu izləri izləyək.

Rubrikamızın ilk təqdimatına uzunömürlülər diyarı kimi ad qazanmış Lerik rayonundan başlayırıq.
Dövlət Statistika Komitəsinin bu il yanvarın 1-nə olan məlumatına görə, Lerik rayonunun yaşı 90-ı ötən 133 sakini var.
Hazırda Lerikin ən uzunömürlü sakini Şahbacı Gülverdi qızı İbrahimovadır.

Bu barədə saytımıza Lerik Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayonun ən uzunömürlü sakini Şahbacı nənənin 95 yaşı var.

Şahbacı İbrahimova 1930-cu ildə Lerik rayonunun Lerik qəsəbəsində anadan olub. Şahbacı nənə qəhrəman anadır. O, 13 övlad dünyaya gətirib: 5 oğlan, 8 qız.
Əfsuslar olsun ki, nənənin 1 oğlu və 1 qızı vəfat edib, hazırda 11 övladı həyatdadır.

Şahbacı Gülverdi qızının 58 nəvəsi, 48 nəticəsi və 4 kötükcəsi var.

Şahbacı nənə hazırda Lerik şəhərində yaşayır.
Nənənun uzunömürlülüyünün sirri təmiz dağ havası və təbii mühitdir - Lerik bölgəsi təmiz havası, təbii su mənbələri ilə məşhurdur, bu da sağlamlığı qorumağa çox kömək edir.
Sadə və təbii qidalanma da nənənun 95 yaşa çatmasında mühüm rol oynayıb. Çünki təbiətdən toplanan təzə meyvə-tərəvəz, evdə hazırlanmış məhsullar, təbii qidalar uzunömürlülüyün əsas sütunlarından biridir.
Genetik faktorlar da öz sözünü deyib. Ailə üzvlərinin də uzunömürlü olması genetik mirasın rolunu göstərir.
Stressin azlığı, insanların bir-birinə dəstəyi, ailə bağlarının güclü olması Şahbacı nənənin psixoloji baxımdan da sağlam həyat tərzinə dəstək olub.
Ona uzun ömür və can sağlığı arzulayırıq!

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri