Icma.az
close
up
RU
“Ömrün ustadları”: Kürdəmirin ən yaşlı sakini Laləzar nənə

“Ömrün ustadları”: Kürdəmirin ən yaşlı sakini Laləzar nənə

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Hər ömür bir kitabdır. Kimisi onu tez vərəqləyir, kimisi isə hər səhifəsinə səbr, sevgi və hikmət yazır. Zamanın axarında illərlə birgə addımlayan, tarixlərə şahidlik edən insanlar var – uzunömürlülər. Onlar yalnız yaşları ilə deyil, həyat təcrübələri, mənəvi zənginlikləri və yaşama sənətləri ilə də cəmiyyətə örnək və nümunədirlər.

Modern.az saytının “Ömrün ustadları” rubrikasının növbəti təqdimatında Kürdəmir rayonunun ən yaşlı sakinindən bəhs edirik.

Kürdəmir rayonu Aran iqtisadi bölgəsindədir, Şirvan düzündə yerləşir. Ərazisi çoxluqla düzənlikdir, iqlimi quru yarımsəhra tipidir. Yayı çox isti və quraq, qışı isə mülayim keçir. Burada dağlar, meşələr, buz bulaqlar demək olar ki, yoxdur... Təmiz hava, bol oksigen sarıdan da vəziyyət digər yerlərdən fərqlənir. Ona görə də Kürdəmir dedikdə, böyük əksəriyyət uzunömürlülüyü heç ağlına da gətirmir.  Amma fakt onu göstərir ki, Kürdəmirdə də 100 yaşı keçən uzunömürlü sakin var.
Hazırda bu rayonun ən uzunömürlü sakini 101 yaşlı Laləzar Məhəmməd qızı Teyyubovadır. 
Deməli uzunömürlülük yalnız təbiət şəraitindən deyil, həm də insanların həyat tərzindən, qidalanmasından, sosial‑psixoloji şəraitdən asılıdır. Bununla yanaşı, ekspertlər deyirlər ki, Kürdəmirin təbiətinin bəzi aspektləri uzunömürlülük üçün faydalı ola bilər:
mülayim iqlim, təmiz hava, kənd təsərrüfatının güclü olması və təzə qidalara əlçatanlılıq. Amma bu, avtomatik olaraq uzunömürlülüyün təminatı deyil. Sağlam həyat tərzi, düzgün qidalanma, stresi azaldıcı sosial mühit də vacibdir.
Laləzar nənə 1 yanvar 1924-cü ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, hazırda həyatını Kürdəmirin Qarasu kəndində davam etdirir. Laləzar Məhəmməd qızı Teyyubova illərin yükünü çiyinlərində daşıyan, bir əsrə bərabər ömür yaşamış mərd bir Azərbaycan qadınıdır. Laləzar nənənin həyat yolu, ailəyə bağlılığı, səbr və təvazökarlıqla keçirdiyi illər, yaşlı nəsillər üçün örnək təşkil edir.

Laləzar nənənin 8 övladı – 5 oğul, 3 qızı var. Nəsil şəcərəsi bu gün artıq geniş bir ailəyə çevrilib. Belə ki, onun 27 nəvəsi, 54 nəticəsi və 8 kötükcəsi var. Hər biri nənənin həyat fəlsəfəsindən, sədaqətindən və ailəyə verdiyi dəyərdən bəhrələnir.

Onun həyat yoldaşı Teyyubov Qara Şükür oğlu da şərəfli bir ömür yolu keçib. 1920-ci ildə dünyaya gəlmiş, 1941–1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak edərək veteran adını qazanmışdı. Qara kişi ömrü boyu ailəsinə dayaq olub, məsuliyyətli və fədakar bir ömür sürüb. O, 2009-cu ildə vəfat edib.

Hazırda Kürdəmir rayonunda 80 yaşdan yuxarı 1318 nəfər yaşayır. Lakin Laləzar nənə bu yaşlılar arasında ən uzunömürlü sakin olaraq seçilir. Onun keçdiyi ömür yolu sadəcə rəqəmlərlə deyil, dəyərlərlə ölçülür.

Laləzar nənəyə möhkəm can sağlığı, rahat və xoşbəxt günlər arzulayırıq. Onun kimi ömür sahibləri – keçmişlə bu gün arasında körpü salan, yaddaşlarda iz qoyan əsl həyat müəllimləridir.


 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri