Icma.az
close
up
RU
Ömrün ustadları : Ordubadın ən yaşlı sakini Zəhra nənə

Ömrün ustadları : Ordubadın ən yaşlı sakini Zəhra nənə

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ordubad Azərbaycanın incisidir!” – bu sözləri Ümummilli lider Heydər Əliyev 1980-ci ildə rayona səfəri zamanı söyləyib. Ordubad həqiqətən də öz milli-mənəvi dəyərləri, qədim adət-ənənələri, mədəniyyəti və ziyalıları ilə seçilən bir diyardır.

Modern.az saytının “Ömrün ustadları” rubrikasının budəfəki təqdimatında Ordubad rayonunun ən uzunömürlü sakinindən bəhs edirik.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri sayılan Ordubad rayonu 8 avqust 1930-cu ildə yaradılıb. 4 yanvar 1963-cü ildə Culfa rayonuna birləşdirilsə də, 6 yanvar 1965-ci ildə yenidən müstəqil rayon statusu alıb. Tarixi mənbələrdə “Ordubad” adına ilk dəfə V əsrdə rast gəlinir.

Rayonun ərazisi 978,99 kvadrat kilometr, əhalisi isə 2025-ci ilin iyun ayına olan məlumata görə, 50 min 863 nəfərdir. Cənubdan İran İslam Respublikası, şimal və şərqdən Ermənistan, qərbdən isə Culfa rayonu ilə həmsərhəddir. Rayon mərkəzi Ordubad şəhəri dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Naxçıvan Muxtar Respublikasının ən yüksək nöqtəsi sayılan Qapıcıq zirvəsi (3904 m) də Ordubad ərazisindədir. Tarixi və memarlıq baxımından zəngin olan Ordubad şəhəri 1977-ci ildə qoruq şəhər elan olunub. Muxtar Respublikanın paytaxtı Naxçıvandan rayon mərkəzinədək məsafə 70 kilometrdir.

Bu qədim diyarın Üstüpü kəndində 1 iyul 1925-ci ildə dünyaya gəlmiş Zəhra Hüseynalı qızı Ağayeva Ordubadın ən yaşlı sakini kimi tanınır.

O, 100 illik ömrü ərzində böyük bir nəsil yetişdirib. Hazırda Zəhra nənənin 11 övladı, 40 nəvəsi, 49 nəticəsi və 10 kötükcəsi var.

Zəhra nənənin həyat yoldaşı Cəfər Ağa oğlu Ağayev isə 2013-cü ildə dünyasını dəyişib. Hazırda Zəhra nənə oğlu Sədrəddin Ağayevlə birgə doğulub boya-başa çatdığı Üstüpü kəndində yaşayır.

Sədrəddin Ağayev saytımıza müsahibəsində anasının uzunömürlülüyünün sirrindən bəhs edib.

“Anam cəmi 3-4-cü sinfə qədər oxuyub. Bütün həyatını ailəsinə və övladlarının tərbiyəsinə həsr edib. Biz ona həmişə yaxşı baxmışıq, bir dediyini iki etməmişik. Təmiz qidalanma, saf hava və ailə qayğısı onun sağlam, eləcə də uzun ömür sürməsinin əsas səbəblərindəndir. Hazırda da mənimlə birlikdə yaşayır”,- deyə o bildirib.

Biz də Zəhra nənəyə uzun ömür, can sağlığı arzu edirik!

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri