Icma.az
close
up
RU
“Ömrün ustadları”: Şirvanın ən yaşlı sakini ŞƏHİD ANASIDIR

“Ömrün ustadları”: Şirvanın ən yaşlı sakini ŞƏHİD ANASIDIR

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Əsl ömür təkcə illərin sayı ilə deyil, o illərə sığdırılan mənalarla ölçülür. Uzunömürlülər yaddaşında zamanın sükutunu, sevincini və ağrısını daşıyan insanlardır. Onlar yalnız ailələrinin deyil, bütöv bir toplumun, eləcə də cəmiyyətin canlı yaddaşı, mənəvi xəzinəsidir. 
Modern.az-ın “Ömrün ustadları” rubrikası davam edir.
“Ömrün ustadları” rubrikasında biz, hər addımı ilə həyat dərsi verən uzunömürlü  insanları tanıdır, yaşanmış ömürlərin işığında keçmişə boylanırıq. Çünki belə ömürlər keçmişlə gələcəyin arasında körpü salan dəyərli bir həyat nümunələridir.
Budəfəki təqdimatımız Şirvan şəhərinin ən yaşlı sakini haqqındadır. 
Şirvan Dərbənddən Kür çayına qədər uzanan geniş bir ərazini əhatə edən tarixi vilayətdir. VIII-XVI əsrlərdə paytaxtı Şamaxı olan Şirvanşahlar dövləti bu ərazidə formalaşmış və uzun müddət burada siyasi və mədəni mərkəz kimi fəaliyyət göstərmişdir. Qədim Şirvan şəhəri vilayətin əsas mərkəzi olmuş, lakin zamanla “Şirvan” adı Şirvanşahların hakimiyyəti altında olan daha geniş torpaqlara da şamil edilmişdir.
Müasir dövrdə isə Şirvan şəhəri Azərbaycanın inzibati və iqtisadi xəritəsində mühüm yer tutur. On minlərlə insanın yaşadığı bu şəhər keçmiş SSRİ dövründə çoxsahəli sosial-iqtisadi və mədəni infrastruktur obyektlərini özündə birləşdirən, dinamik inkişaf edən sənaye mərkəzlərindən biri olub.
Şirvan şəhərinin ən uzunömürlü sakini 87 yaşlı Münəvvər Həmid qızı Quliyevadır.  
Münəvvər nənə 1938-ci ildə Ermənistanın Basarkeçər rayonunda dünyaya göz açıb. O, indi həyatını Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində davam etdirir. Münəvvər Həmid qızı Quliyeva 87 illik ömründə zamanın sərt üzünü görmüş, hər günü zəhmətlə, səbrlə və ləyaqətlə qarşılamış bir Azərbaycan xanımıdır. Ailəsinə və dəyərlərinə sadiq qalaraq keçirdiyi ömür nənənin mərdliyini və təvazökarlığını əks etdirir. Onun ömür yolu yaşlı nəsillər üçün tükənməz həyat dərsi, gənclər üçün isə ilham mənbəyidir.
Münəvvər nənənin 6 övladı – 3 oğlu, 3 qızı dünyaya gəlib. Onun eyni zamanda 7 nəvəsi, 3 nəticəsi var. Nənənin bir oğlu Quliyev Fərman Qardaşəli oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli-Horadiz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Münəvvər Həmid qızı kimi yaşlı nəsil insanları keçmişlə indini birləşdirən, yaddaşlarda dərin izlər buraxan ömür sahibləridirlər. Münəvvər nənəyə möhkəm can sağlığı və uzun ömür arzu edirik! 

Qeyd edək ki, hazırda Şirvan şəhərində yaşı 80-dən yuxarı olan sakinlərin sayı 933 nəfərdir. Onlardan 370-i kişi, 563 nəfəri qadındır.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Oktyabr 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri