Icma.az
close
up
RU
On bir milyonda bir Təyyarə qorxusu ilə necə mübarizə aparmalı?

On bir milyonda bir Təyyarə qorxusu ilə necə mübarizə aparmalı?

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması həm də insanlarda uçuş fobiyasının artmasına səbəb olub. Artıq sosial şəbəkələrdə hava nəqliyyatı ilə səyahət planlayan insanların narahatlıqlarını müşahidə etmək mümkündür. Hətta səyahətdən imtina edənlər də az deyil.

Bəs bu qorxunu necə dəf etmək olar? Təyyarə fobiyasına (aerofobiya) qalib gəlməyin yolu varmı?

Mütəxəssislər deyir ki, hər dörd nəfərdən biri təyyarə ilə uçmaqdan qorxur. Sözdə normal görünsə də, aerofobiya insanlarda ciddi şəkildə narahatlıq yaradır. Onlar bir çox hallarda səyahət etməkdən məhrum olur, hətta qohumlarını belə ziyarət edə bilmirlər. Amma qorxu dərəcəsindən asılı olmayaraq, bu fobiyaya qalib gəlmək mümkündür.

Rahatlaşdırıcı musiqi dinləmək, kitab oxumaq

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Kaspi”yə açıqlamasında bildirdi ki, aerofobiya nəqliyyat vasitələrinin texniki təhlükəsizliyindən şübhə, qapalı mühit qorxusu (klaustrofobiya), yüksəklik qorxusu (akrofobiya) və nəzarəti itirmək qorxusundan qaynaqlana bilər: “Aerofobiyanın psixoloji səbəbləri müəyyən edilərkən əvvəlki travmatik təcrübələr, medianın qəzalar haqqında verdiyi xəbərlər, ailə və dostların paylaşdığı mənfi təcrübələrin təsir etdiyi müşahidə olunur. İnsanlar uçuşa nəzarət edə bilmədikləri üçün stres və narahatlıq keçirirlər. Bəzi insanlarda isə bu fobiya özünü fizioloji səbəblərlə büruzə verir. Belə insanların təyyarədə təzyiq problemləri yaranır və hündürlükdə nəfəs alma çətinliyi yaşayırlar”.

Psixoloq deyir ki, insanlarda stres və narahatlığı aradan qaldırmaq üçün təyyarələrin təhlükəsizliyi haqqında məlumat verilməlidir: “Təyyarə dünyada ən təhlükəsiz nəqliyyat vasitələrindən biri hesab olunur. Digər nəqliyyat vasitələri ilə müqayisədə təyyarə qəzaları çox nadir hallarda baş verir. Simulyasiya vasitəsilə uçuş təcrübəsi əldə etmək qorxunun azalmasına kömək edə bilər. Uçuş zamanı heyətlə ünsiyyət qurmaq, onların peşəkarlığını və işin təhlükəsizliyini hiss etməyə kömək edir. Rahatlaşdırıcı musiqi dinləmək və ya maraqlı kitab oxumaq diqqəti başqa istiqamətə çəkə bilər”.

Müvəqqəti həll yolu

Psixoloji dəstək isə qorxuya səbəb olan düşüncələrin dəyişdirilməsinə kömək edir: “Fərdi yanaşma ilə şəxsin fobiyası və psixoloji tarixi öyrənilərək uyğun proseduralar reallaşdırılır. Aerofobiya və digər buna bənzər fobiyalardan əziyyət çəkən şəxslər psixoterapiya almaqla qorxunun səbəblərini anlamağı və onu necə idarə etməyi öyrənirlər. Dərin nəfəs texnikaları ilə stres səviyyəsini azaldaraq insanın sakitləşməsinə kömək etmək olar. Ehtiyac yarandığı halda həkim-psixiatr tövsiyəsi ilə uçuş zamanı sakitləşdirici və ya narahatlıq əleyhinə dərman qəbul etmək müvəqqəti həll yolu ola bilər”.

Bu fobiya ilə mübarizədə psixoloqların və insanların tutunduğu əsas məsələ təyyarənin ən təhlükəsiz nəqliyyat vasitəsi hesab edilməsidir. Statistikaya görə, təyyarə qəzasında ölmək şansınız 11 milyonda birdir. Uçuş zamanı hər şeyin həqiqətən pis getmə ehtimalı milyonda birdir. İnkişaf etmiş bir ölkəyə uçarkən təyyarə qəzasında ölmək şansınız 30 milyonda birdir. Çünki hava nəqliyyatı çox ciddi beynəlxalq qaydalar və standartlarla idarə olunur. Təyyarələr, pilotlar və hava yolları şirkətləri müntəzəm yoxlamalardan və sertifikasiyadan keçir. Aviasiya sənayesində texniki nasazlıqlar və təhlükəsizlik pozuntuları minimuma endirilir. Pilotlar uzun və ciddi təlim proseslərindən keçirlər. Onlar yüksək peşəkarlıq tələb edən fövqəladə vəziyyətlərdə necə davranmağı öyrənirlər. Uçuş idarəetmə qrupları da uçuş təhlükəsizliyini təmin etmək üçün davamlı işləyirlər. Bundan əlavə, təyyarələr ən müasir texnologiyalarla təchiz olunub və çox vaxt avtomatlaşdırılmış sistemlərdən istifadə edilir.

Ətrafında qorxan varsa, sən də qorxacaqsan

25 illik fobiya ilə mübarizə təcrübəsi olan psixoloq Patricia Furness-Smith “British Airways”də aerofobiya ilə bağlı “inamla uçun” kurslarını təşkil edir. Psixoloq deyir ki, qorxduğumuz zaman beynimizi emosiyalarımız idarə edir və məntiqimiz kənarda qalır. Bu məqamda uçmağın ən təhlükəsiz nəqliyyat vasitəsi olduğu ilə bağlı statistikalar da beyinə təsir etmir. Psixoloq deyir ki, təyyarə fobiyasını yaradan mühüm amillərdən biri valideynlərin övladlarını qorumaq instinkti və təyyarənin hava boşluğuna (türbülans) düşməsidir. Valideynin övladını uçuşa hazırlayarkən keçirdiyi narahatlıq övladına təsir edir və qorxmağa başlayır. Məsələn, bir dəfə təyyarə ilə ana ilə bala səyahət edirdi. Ana tez-tez övladına deyirdi ki, qızım qorxma, tez çatacağıq. Ana dua etməyə başladı ki, “Allahım, sən bizi qoru”. Bu sosial öyrənmədir, ətrafında qorxan varsa, avtomatik sən də qorxacaqsan. Türbülansa gəldikdə isə, hər bir təyyarə hava boşluğuna asanlıqla tab gətirə bilir.

Heç vaxt qorxularınıza təslim olmayın

Psixoloq vurğulayır ki, təyyarə fobiyasının əsasında insanların ümumi qorxuları dayanır: “Təyyarə qorxusunu gücləndirən faktorların arasında klaustrofobiya (qapalı məkanlar), akrofobiya (hündürlük), agorafobiya (yadlaşma), misofobiya (mikroblar), astrofobiya (ildırım və fırtına), sosial fobiya (məsələn, ictimai yerdə yemək) və emetofobiya (qusma qorxusu) ola bilər. Mümkün qədər erkən hərəkətə keçmək vacibdir, çünki üzərində işlənilməyən hər bir qorxu kök salır və həyatınızın digər sahələrinə də təsir edir. Təyyarə qorxusu yaş və cinsindən asılı olmayaraq, hər bir insanda rast gəlinə bilər. Əgər fobiyanız varsa, uçuşa fokuslanmaq əvəzinə, onu yemək servisi, film izləmək və maraqlı bir kitab oxumaq kimi kiçik hissələrə bölməyi tövsiyə edirəm. Ən əsası, çoxlu su için və səyahət zamanı rahat geyimlərdən istifadə edin. Heç vaxt qorxularınıza təslim olmayın, çünki onlar həyatınızı oğurlayar”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://publika.az
archiveBu xəbər 30 Dekabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri