Icma.az
close
up
RU
Ona Bakıda bir neçə dəfə ev vermişəm Məhkəmə

Ona Bakıda bir neçə dəfə ev vermişəm Məhkəmə

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Zamiq Xankişiyevin sərbəst ifadəsi dinlənilib.

"S.M-lə dost olmuşam. O, əvvəllər Sumqayıtda yaşayırdı. Bakıya gəlmək istəyirdi. Mənim betonlama şirkətim olduğu üçün mənə, satdığım betonların müqabilində MTK-dan Bakının müxtəlif yerlərindən evlər verirdilər. Mən S.M-ə Bakıda bir neçə dəfə ev vermişəm. S.M mənə nə satıbsa mən də onun müqabilində ona ödənişlərimi etmişəm. Ona heç bir borcum yoxdur". 

Təqsirləndirilən ifadəsi zamanı zərərçəkənlə olan müxtəlif tikinti materialları mübadiləsi zamanı hər hansı bir ödəniş qəbzərinin mövcud olub olmamasına gəlincə isə bildirib ki, zərərçəkənlə yaxın münasibəti olduğundan aralarında rəsmi sənədləşmə olmayıb.

Zərərçəkən S.M isə ifadəsi zamanı təqsirləndirilənin dediklərini yalan adlandıraraq sadəcə bir söz yığını kimi qiymətləndirib:

"Zamiq Xankisiyevin dediklərinin hamısı demək olar ki, uydurmadır. Onun əlində bu alış-verişlərlə bağlı hər hansı bir qəbz olmasa da, mənim onun üçün etdiyim yük daşınmalar ilə bağlı bütün qəbzlər mövcuddur və məhkəməyə təqdim edə bilərəm".

Məhkəmənin növbəti martın 6-na təyin edilib.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nefərin etibarında sui-istifadə edərək onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı S.M-dir.

O iş adamına Neftçaladakı "Olimpiya İdman Kompleksi"nin tikintisində istifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək pulunu ödəyəcəyinə söz versə də bundan yayınaraq daha sonra həmin vəsaiti mənimsəyib.

Zamiq Xankişiyev daha sonra zərərçəkən S.M-in etibarından istifadə edərək onun "Maserati Ghibli" avtomobilini dəyərindən çox ucuz qiymətə 48 min ABŞ dollarına sataraq mənimsəyib.

O, bundan başqa iş adamına məxsus daha bir avtomobilini "Mersedes-Benz S-Klass" markalı avtomobilini 85 min ABŞ dollarına sataraq, onun 50 min ABŞ dollarını qaytaraq 35 min ABŞ dollarını isə ələ keçirərək mənimsəyib.

Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı S.M-in ümümilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Təqsirləndirilən şəxs bundan başqa tanış olduğu S.M. də aldadaraq ona müxtəlif tikinti lahiyələrində iştirak edərək külli miqdarda qazanc əldə etmək adı ilə külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib. 

O, P.S-in ümumilikdə 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.

Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə olub.

O, işçisinə verməli olduğu 5690 manatın əvəzinə ona verəcəyinə söz verdiyi "Kia"markalı avtomobili verməyərək həmin məbləği də mənimsəmişdir.

Qeyd edək ki, Zamiq Xankişiyevin barəsində irəli sürülmüş ittamda adları keçən zərərçəkənlərdən basqa da onun əməllərindən zərər görən dah bir neçə nəfərin də olduğu bildirilir.

Məhkəmədə hakim, təqsirləndirilən Zamiq Xankişiyevə onun ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq onun törətdiyi əməllərin subut olunacağı təqdirdə 10 ildən 15 ilədək məhkum oluna biləcəyini xatırlatsa da o, buna görə özünü təqsirli bilməyib.

Xatırladaq ki, Zamiq Xankişiyev zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Onu da qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Onu da qeyd edək ki, təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur.O bununla yanaşı sosial şəbəkəkərdə bahalı avtomobil kolleksiyası olan bir şəxs kimidə tanınıb.

Orxan Rasifoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Fevral 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri