Ona topu verin! Qoy ötürmə alsın və açıq aşkar zəif görünsün ki...
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Rio Ferdinand bildirib ki, "Mançester Yunayted" oyunçuları Benyamin Şeşkoya daha çox top ötürməlidirlər.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın sabiq müdafiəçisi özünün "Rio Ferdinand Presents" adlı YouTube verilişində maraqlı məqamlara toxunub:
"Sadəcə ona topu verin! Müdafiəçilər onunla çətinlik çəkəcək. Onu oyuna qatın, rəqibləri müdafiəyə məcbur edin. Amma biz sadəcə topu onun ətrafında fırladırıq. Bəzən hər şey elementar, fundamental məsələlərə dayanır.
Topu təhlükə yarada biləcək oyunçuya ötürmək lazımdır, amma biz tam əksi ilə hərəkət edirik. Mənim əsas iradım da budur – biz sadəcə görmürük ki, o əslində kimdir. Heç olmasa, ona pas verin, qoy çox zəif görünsün ki, biz nəhayət, əlimizdə nəyin olduğunu anlayaq. Çünki indi mən onun kim olduğunu və meydanda nə etdiyini görmürəm. Mən konkret oyunçuları hədəf almıram, amma komanda yoldaşlarınızın uyğunlaşmasına kömək etməyə məcbursunuz".
Baxış sayı:120
Bu xəbər 25 Avqust 2025 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















