Icma.az
close
up
RU
Verniduba ötürmə...

Verniduba ötürmə...

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Mövsümlərarası fasilədə 5 futbolçu ilə yolları ayıran, hələ cəmi 4 transfer edən “Neftçi”dən daha bir neçə yeni oyunçu xəbəri gözləyirdik. Ancaq “ağ-qaralar” sürpriz etməyi seçdi. Daha doğrusu, baş məşqçi Yuri Vernidubla yeni müqavilə imzalandı.

Xatırlayırsızsa, ötən il dekabrın 9-da paytaxt təmsilçisinin “sükanı arxasına” keçən ukraynalıyla anlaşmanın müddəti ilyarımlıq idi. Yəni mütəxəssisin hələ qarşıdan gələn “futbol ili”ndə də komandanı çalışdıracağı dəqiq idi. Lakin klub rəhbərliyinin yeni təklifi sözləşmə müddətinin 2028-ci ilin yayına qədər uzadılmasıyla nəticələndi. Vernidub rəhbərliyin müraciətini bu sözlərlə cavabladığını deyir:

“Yeni müqavilə ilə bağlı sual verəndə onlara demişdim ki, hər şey yaxşıdısa, yeni müqaviləyə niyə qol çəkməyək?!”


Bəs, ukraynalı haqlıdımı? Bəli! Azı ona görə ki, “Neftçi” ikiillik fasilədən sonra yenə avrokuboklarda çıxış edəcək. Özü də Vernidub bu uğura xələfi Samir Abasovun dövründə özünü heç cür yaxşı tərəfdən göstərə bilməyən heyətlə imza atdı. Yəni mütəxəssisin cavabı ümumi mənzərəni bütün çılpaqlığıyla göz önünə qoyur.
Göründüyü kimi, tərəflər arasında qarşılıqlı razılıq var. Vernidub demişkən, niyə olmasın?! Xatırladaq ki, ukraynalı Bakıya təşrif buyuranda “Neftçi” ilk 12 oyunda cəmi 3 qələbə qazanmışdı. Düzdü, komanda qalan oyunların yalnız üçündə uduzmuşdu, lakin ardıcıl xal itkiləri “ağ-qaralar”ı hədəfdən – avrokuboklara vəsiqə qazanmaqdan xeyli uzaqlaşdırmışdı. Yeni baş məşqçinin gəlişi isə ölməkdə olan ümidlərə can verdi. Ardıcıl 8 matçda uduzmayan “ağ-qaralar” məğlub psixologiyasından qurtuldu. Meydanda özünəinamı artan, uğursuzluq qorxusundan qurtulan, məsuliyyəti öz üzərinə götürməyə daim hazır olan komanda görməyə başladıq. “Ağ-qaralar”ın həlledici matçda “Turan Tovuz”a, Azərbaycan derbisində “Qarabağ”a uduzması da Vernidub üçün ciddi maneə yaratmadı. Sanki o “Neftçi”nin bazasına ayaq basar-basmaz koqnitiv yenidənqurmaya start vermiş və qısa müddətdə məqsədinə çatmışdı. Odu ki, indiyə qədər xeyli legioner məşqçi ilə sözün əsl mənasında vaxt itirən, ciddi uğura nail ola bilməyən klub Vernidubun ətəyindən ikiəlli yapışmaqda haqlıdı.
Həqiqətən də Laurentsio Regekampf, Adrian Mutu, Miodraq Bojoviç, Roman Qriqorçuk kimi məşqçilər kluba çox baha başa gəlib, “ağ-qaralar” sözün əsl mənasında uzun müddət yerində sayıb. İndi bu istiqamətdə işıq ucu görən rəhbərlik, təbii ki, hadisələrinin axarının olduğu kimi davam etməsində maraqlıdı. Heç şübhəsiz, indi irəliyə baxmaq lazımdı. Bəs, bakılıları qarşıda nə gözləyir?
Məlumdu ki, “Neftçi” gələn ilin martında yubileyini qeyd edəcək. Əlbəttə, bu ərəfədə azarkeşlərin bayramına bayram qatacaq məqamlar komandanın Konfrans Liqasının əsas mərhələsində çıxış etməsi və çempionluq uğrunda mübarizə aparması olacaq. Lakin hadisələrin axarı hələ bu yöndə böyük ümid vermir. Axı biz hazırda həm son çempion “Sabah”ın, həm də mövsümü titulsuz başa vuran “Qarabağ”ın hazırlıq prosesini izləyir, növbəti “futbol ili”ndə də yetərincə güclü və iddialı olacaqlarını asanlıqla təxmin edirik. Belədə “ağ-qaralar”ın daha inamlı, daha diqqətli olması əsas şərtdi ki, kollektiv hələ bu istiqamətdə ləng hərəkət edir. Bununla belə, yeni müqavilə böyük ehtimalla həm də Vernidubun daha çox pul qazanması deməkdi. Deməli, ukraynalının məsuliyyəti də əvvəlkindən artıq olmalıdı. Sevindici haldı ki, mütəxəssis klubla bağlı bütün açıqlamalarında “Neftçi”nin əzəmətini xatırladır, onu layiq olduğu yerlərə daşımağın mümkünlüyünü dilə gətirir. Nəticədə həm də azarkeşlərin könlünə yol tapır, belə demək mümkünsə, “ağ-qaralar”la bütövləşir.
Hadisələrin axarının daha böyük uğurlarla nəticələnməsi üçün isə işlərə davam etmək lazımdı. Bu gün klub rəhbərliyinin Verniduba böyük etimad göstərdiyinə, komandanın formalaşdırılmasıyla bağlı qərarlarına hörmətlə yanaşdığına şübhə yoxdu. Hədəfə çatmaq üçün istənilən cür əlverişli şəraitin yaradılmasından isə bəhs etməyə belə dəyməz. Hər halda, “Neftçi” ölkəmizin yağ-bal içində yaşayan üç komandasından biridi.
İndi futbol dili ilə desək, top Vernidubdadı. Görək, xeyli dirçələn “Neftçi” əzəmətini bərpa etmək yönündə növbəti addımlarını atacaq, yoxsa 2025/26 mövsümü, sadəcə, şirin yuxu kimi yaddaşlarda qalacaq?
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyul 2026 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri