Kəpəz Azər Bağırova yeni müqavilə təklif etdi Özü açıqladı
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Kəpəz"dən ayrılacağı ilə bağlı xəbərlər dolaşan Azər Bağırova Gəncə klubu yeni müqavilə təklif edib.
Bunu Fanat.Az-a təcrübəli mütəxəssis özü deyib.
42 yaşlı çalışdırıcı mövsümün sonunda təklifi dəyərləndirərək qərar verəcəyini bildirib:
"Allaha şükürlər olsun ki, tələbat olan məşqçiyəm. Adımın "Şamaxı" və ya "Araz-Naxçıvan"la hallanması bu baxımdan məni sevindirir. Deməli, son bir neçə ildə məhdud büdcə ilə müəyyən iş görə bilmişik. O ki qaldı "Kəpəz"dən ayrılmağıma, hazırda məqşdəyəm, işimin başındayam və bütün diqqətimi komandama ayrımışam. Əksinə, klub rəhbərliyindən yeni təklif almışam. Təbii ki, qarşılıqlı yeni şərtlərimizi bir-birimizə çatdırmışıq. Keçən dəfə şərtlər məni qane etməmişdi, ayrılmışdım. İndiki şərtlərdə müəyyən yeniliklər var. "Kəpəz"in növbəti mövsümdən Gəncədə oynaması, yeni arenanın olması cəlbedicidi. Amma başqa detallar da müzakirə olunmalıdır. Mövsümün sonunda təklifi dəyərləndirərək qərar verəcəyəm. Mən ortabab, hətta nisbətən aşağı büdcəli klubda da çalışa bilərəm, bir şərtlə ki, kənar təzyiqlər olmasın, sərbəst olum. Öncəliyim "Kəpəz"dir, amma sabah nə olacağını deyə bilmərəm".
"Kəpəz" cari Premyer Liqada hazırda 27 xalla 10-cu yerdədir və sona 2 tur qalmış ən yaxın izləyicisi "Qəbələ"dən 6 xal öndədir. Gəncə təmsilçisi əlavə Premyer Liqada qalmağı təmin edib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 12 May 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















