Icma.az
close
up
RU
Onlar bölgədə Ermənistanı qızışdırmaqla məşğul olublar

Onlar bölgədə Ermənistanı qızışdırmaqla məşğul olublar

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Hazırda Bakıda Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməlləri törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi həyata keçirilir və onlar ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu, Azərbaycan xalqının uzun müddətdir gözləntisi və haqlı tələbi idi. Xüsusilə ədaləti Azərbaycan Respublikası özü təmin etmiş olur".

Bunu ötən gün jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, tarixdə həmişə ədalət mütləq şəkildə zəfər qazana bilər:

"Bu gün Azərbaycan xalqına qarşı çox vektorlu cinayətlər törətmiş və əslində terrorçuluq qiyafəsi və maskası altında gizlənərək özünü dövlət strukturu kimi təqdim edən Ermənistanın həm də hüquqi prosedur qarşısında ifşa olunduğunu görürük. Təəssüflər olsun ki, beynəlxalq hüquqdan hər kəs bəh-bəh ilə danışsa da, beynəlxalq hüququn subyekti olan ölkələr bu günə qədər Azərbaycan və Ermənistan arasında nəinki münasibətlərin normallaşmasına xidmət edir, əksinə, onlar bölgədə Ermənistanı qızışdırmaqla məşğul olublar. Təxribatların olmasında maraqlı tərəf kimi iştirak ediblər".

Politoloq qeyd etdi ki,  beynəlxalq hüququn subyekti olan ölkələr Azərbaycanın real haqq səsini eşitməzlikdən gəliblər.

"Dünyanın gözü qarşısında, 90-cı illərin sonunda, Xocalıda və işğal altına alınmış digər ərazilərdə Ermənistanın törətdiyi dövlət cinayətlərinə obyektiv və adekvat reaksiya verməmişdilər. İndi obyektiv və adekvat reaksiya verməyi bacarmayanların siyasi törəmələri separatçıların Bakıda məhkəmə önündə Azərbaycan qanunları qarşısında cavab verməsini siyasiləşdirib, buna başqa don geyindirməyə çalışırlar. Faktiki olaraq, bu gün bir çox cinayətlərdə iştirak etmiş separatçıların məhkəmə önündə cavab verməsi, həm də tarixdə bu tip hadisələri törədənlərin heç vaxt cəzadan yayınmayacağını növbəti dəfə nümayiş etdirir. Eyni zamanda bu, göstərir ki, tarixdə həmişə ədalət mütləq şəkildə zəfər çala bilər. Faktiki olaraq, Azərbaycan xalqı uzun illərdir ki, bu işğalçıların hüquq qarşısında cavab verməsini istəyir. Beynəlxalq hüququn aciz qaldığını görən Azərbaycan bu gün özü beynəlxalq hüququ hər bir formada təmin etmiş olur", - deyə T.İsmayılov bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Mart 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri