Icma.az
close
up
RU
Bölgədə yeni qarşıdurma: İran Ermənistanı sıxışdırır

Bölgədə yeni qarşıdurma: İran Ermənistanı sıxışdırır

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

“İran İslam Respublikasının TRIPP marşrutuna görə hədə və təhdid dilini Ermənistanın üzərinə istiqamətləndirməsi regional perspektiv üçün fərqli impulslardır. İran bu motivasiyanı ABŞ-İsrail müttəfiqliyi ilə müharibənin nəticələrindən alaraq geosiyasi tənlikləri öz xeyrinə dəyişdirmək istəyir”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında analitik Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, İran hesab edir ki, ABŞ və İsraillə müharibədən qalib çıxıb və bu, Tehrana regionun taleyini idarə etmək üçün yaxşı imkanlar verir:

“Ancaq İranın indi Azərbaycan deyil, müttəfiq hesab etdiyi Ermənistanın üzərinə getməsi maraqlı tendensiyadır. Bu, çoxdan dediyimiz bir fikrin tədrici reallaşmasıdır: Bakı ilə Tehran İrəvanı qazanmaq uğrunda mübarizə aparır.

Proses Azərbaycan Respublikasının geosiyasi bölgüdəki mənfəətini artırması ilə bağlıdır və indi Tehran hədəf trayektoriyasını İrəvana doğru strukturlaşdırır”.

Müsahibimiz qeyd edib ki, bunu üç səbəblə əlaqələndirmək mümkündür:

“Birincisi, Azərbaycan Ermənistanın xarici siyasətini müəyyən edən həm açıq, həm də pərdəarxası oyunçudur. Bu, Ermənistandakı daxili siyasi qüvvələr nisbətinə də Bakının xeyrinə təsir göstərir.

İkincisi, Ermənistanın Rusiyadan tədrici ayrılması və Avroatlantik kurs götürməsi Azərbaycan üçün yaxşı imkandır. Azərbaycan üçün Ermənistanın iqtisadi-ticari, nəqliyyat və infrastruktur sektorlarına əlverişli çıxış fürsətləri üfüqdə görünür. Azərbaycanla Ermənistan arasında son zamanlar baş tutan bəzi xoşməramlı iqtisadi əməliyyatlar bunu təsdiq edir. Bu, Azərbaycanın Rusiya və İran kimi oyunçuların Ermənistandakı nüfuz sərhədlərinin içərilərinə daxil olması anını əks etdirir. TRIPP marşrutu isə bu əməliyyatların modelini və nəticələrini asanlaşdıra biləcək potensiala çevrilir”.

A.Kərimova görə, üçüncüsü, Nikol Paşinyanın seçkilərdə qələbəsi və siyasi mövqeyinin daha da möhkəmlənməsi Azərbaycanla sülh gündəliyinin irəliyə aparılmasını sürətləndirə bilər. Bundan əlavə, Ermənistan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin, Azərbaycanın ABŞ, Böyük Britaniya və Çin ilə əməkdaşlığının özü üçün mümkün faydalarına baxır.

Aqşin Kərimov: İranın hansı strategiya izlədiyi və onu necə kodlaşdırdığı təhlil edilməlidir

Analitik qeyd edib ki, bu cür inkişaf dinamikası regionda Rusiya və İran üçün mürəkkəb situasiya deməkdir:

“Ancaq Rusiya ilə İranın TRIPP marşrutu ilə əlaqədar mövqeləri üst-üstə düşmür. Bunu bir neçə dəfə İranın hərbi-siyasi elitası açıq mətnlə gündəmə gətirib. Bununla paralel olaraq İran regionda daha güclü rəqiblərlə qarşıdurmasını idarə etmək üçün anti-Ermənistan strategiyasını hazırlayıb. Yəqin ki, bu, ən zəif olanın, yəni Ermənistanın üzərinə getməyin məcburi vasitə kimi nəzərə alınmasına söykənir”.

Həmsöhbətimiz hesab edir ki, İranın hansı strategiya izlədiyi və onu necə kodlaşdırdığı ciddi şəkildə izlənilməli və təhlil edilməlidir:

“Çünki İranın mövqeyi Cənubi Qafqazda geosiyasi qarşıdurmalara son qoymaq əvəzinə, onu yeni bir mərhələyə keçirə bilər. Ancaq uzunmüddətli perspektivdə Tehranın Azərbaycanla əməkdaşlığın müsbət nəticələrinə köklənəcəyi qaçılmazdır. Çünki Azərbaycan Respublikasının nail olduğu əsas bir rıçaq var: Cənubi Qafqazdakı prosesləri öz şərtləri ilə prioritetləşdirmək. Bununla da Azərbaycan bölgədəki təsir dairəsində öz səlahiyyətlərini və imtiyazlarını qoruyub-saxlaya, hətta onları daha da irəliyə doğru apara bilər”.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyun 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri