Onlar da doğma yurdlarına qayıdır FOTO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış prosesi davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə - 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə - 13 nəfər, Xanyurdu kəndinə 4 ailə - 10 nəfər, Xanabad kəndinə 8 ailə - 31 nəfər, Ballıca kəndinə 3 ailə - 8 nəfər, Təzəbinə kəndinə 14 ailə - 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə - 36 nəfər, Həsənriz kəndinə 6 ailə - 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə - 49 nəfər, Çapar kəndinə 15 ailə - 51 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.




Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 21 Avqust 2026 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















